Yuxarı

İlkin hesabat Rusiyanın iddialarını alt-üst etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan tərəfinin açıqladığı hesabatın ilkin versiyası gözləntilər çərçivəsində idi. Azərbaycan tərəfinin gözləntiləri və ilkin məlumatları ondan ibarət idi ki, təyyarəmiz Rusiya ərazisində, Qroznı ətrafında vurulub. Dünənki hesabatda kənar müdaxilələrin olması, naviqasiya sisteminin kənar müdaxilə ilə sıradan çıxması kimi məqamlar təsdiqini tapdı.

Bu sözləri Axar.az-a REAL Partiyasının sədri Natiq Cəfərli AZAL-a məxsus təyyarə qəzasının səbəbləri ilə bağlı dərc edilən ilkin hesabatı şərh edərkən deyib.

O, ilkin hesabatla təyyarənin özünün qəzalı vəziyyət olması, daxildə balon partlaması, quşların müdaxiləsi kimi Rusiya tərəfinin bütün absurd iddialarının əksinin sübut olunduğunu bildirib:

“Qroznıya çatana qədər Azərbaycan təyyarəsində heç bir texniki problem olmayıb, bu da ilkin hesabatda öz əksini tapdı. Artıq Rusiya səmasında kənar müdaxilənin olduğu, yəni HHM-lər tərəfindən Azərbaycan təyyarəsinin vurulduğu heç kimdə şübhə doğurmur. İndi başqa detallar açıqlanmalı, bununla bağlı istintaq davam eləməlidir. Nə üçün Azərbaycan təyyarəsinin Rusiya ərazisində enişinə icazə verilməyib, yaxud imkan yaradılmayıb? Orada “Xalça” əməliyyatı elan edilərkən nəyə görə öncədən xəbər verilməyib? Bu kimi digər məsələlərə növbəti mərhələlərdə aydınlıq gətirilməlidir. Nəticə ondan ibarətdir ki, Azərbaycan tərəfinin bu günə qədər söylədiklərində və tələblərində haqlı olduğu bir daha üzə çıxdı. Yekun olaraq, Rusiya tərəfi üzr istəməli, kompensasiya ödəməli, bu cinayətdə əli olanları cəzalandırmalıdır”.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qroznıda Rusiya HHM sistemi vasitəsilə vurulub. Enişinə icazə verilmədiyindən Qazaxıstana üz tutan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Ötən gün qəza ilə bağlı ilkin hesabat açıqlanıb.

Tarix
2025.02.05 / 12:00
Müəllif
Aytac Araz
Digər xəbərlər

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq

İki Ermənistan sakini Azərbaycan ərazisinə keçdi - MN-dən açıqlama

Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir

Trampın anonsu: Putin necə qisas alacaq? – Markov

Regionlarda kommunal xidmət üçqat azaldılsa… - Ekspert

Pezeşkianın türk liderlərə zəngi - İran siyasəti dəyişir?

Hindistanın Azərbaycanı bir güllə atmadan məhv etmək "planı"

Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok

Azərbaycan-Rusiya münasibətləri müzakirə olundu

Prezident Samir Nuriyevə yeni vəzifə verdi - Sərəncam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla