Yuxarı

İspaniya mediasında Azərbaycan haqqında məqalə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İspaniya mediasında Azərbaycan haqqında məqalə

İspaniyanın səyahət və turizmdən bəhs edən "Meet in" jurnalında Bakı İstedadlar Təhsil Kompleksinin ispaniyalı müəlliməsi Coanna Malolepsanın paytaxtımız haqqında məqaləsi dərc olunub.

AzərTac xəbər verir ki, "Bakı avropasayağı, modern və çox təhlükəsiz şəhərdir" başlıqlı məqalədə ispaniyalı müəllimə şəhər haqqında təəssüratlarını bölüşüb.

C.Malolepsa Bakıya gəlməmiş buranı müsəlmanlardan ibarət tipik şərq şəhəri kimi təsəvvür edirmiş. Paytaxtımızı görəndən sonra bildirib ki, Bakı öz nikbinliyi, təmizliyi və çox baxımlı arxitekturası ilə məni heyran etdi. Bura XII əsrin memarlıq nümunələri ilə müasirliyi özündə birləşdirən bir incidir. Şəhərin bir neçə tarixi abidəsi UNESCO tərəfindən qorunan abidələr siyahısına daxildir. Dini baxımdan isə bu ölkə çox tolerantdır, həmçinin gender bərabərliyi hökm sürür.

Ölkə iqtisadiyyatı haqqında da danışan C.Malolepsa deyib ki, əsas gəlir mənbəyi neftdir. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi nəticəsində yaranan devalvasiya Rusiya, Meksika, Venesuela kimi ölkələrlə yanaşı, Azərbaycana da təsir edib. Lakin fərq ondadır ki, ölkə hakimiyyəti alternativlər axtararaq iqtisadiyyatın digər sahələrini inkişaf etdirməyə başlayıb. Məsələn, turizmə dəstək üçün ölkədə beynəlxalq əhəmiyyətli tədbirlər - "Eurovision", Avropa Oyunları və indi də "Formula-1" təşkil olunur.

Müsahib azərbaycanlılar haqqında da fikrini açıqlayıb. Buranın insanları çox humanistdir. Mənə maraqlı gələn cəhətlərdən biri də o idi ki, ictimai nəqliyyatda kişilər yaşından asılı olmayaraq qadınlara həmişə yer verirlər. Əgər bir qadın küçədə ağır yüklə gedirsə, həmişə onun köməyinə çatan var. Qısası, buranın kişiləri çox alicənabdır.

Bakını ən təhlükəsiz şəhərlərdən biri adlandıran Coanna Malolepsa vurğulayıb ki, bu şəhərdə heç kim gecələr tək çıxmağa qorxmur, heç vaxt kriminal hadisə ilə üzləşməzsən. Hətta bir ingilis əməkdaşımız küçədə pasportunu itirmişdi. Pasportu tapan şəxs Feysbukda elan verərək bizim əməkdaşı tapıb və onun sənədini evinə gətirmişdi. Belə hallar çox olur.

Tarix
2016.05.16 / 21:33
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla