Yuxarı

Putin Əliyevdən üzr istədi… - Zatulin etiraf edib, “hücuma” keçdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin AZAL təyyarəsinin Qroznı səmasında vurulduğunu dolayısı ilə etiraf edib.

Axar.az xəbər verir ki, bu barədə o, Bakıda Rus Evinin bağlanmasına reaksiyası zamanı yerli mediaya açıqlamasında deyib.

“Artıq çoxlu mürəkkəb sərf olunub, sözlər deyilib ki, Azərbaycan bizim demək olar ki, ən sadiq müttəfiqimizdir. Xüsusilə Ermənistanda baş verənlər fonunda. Amma biz reallıqla, onların bizə münasibəti ilə üzləşdik. Bütün bunlar guya bizim vurduğumuz təyyarə məsələsi fonunda baş verir. Rusiya prezidenti üzr istəyib, ruslar da həlak olub. Rusiyanı demonizasiya etmək istəyi isə Ukrayna dronlarının hücumu zamanı baş verənlərlə bağlıdır. Hamıya aydındır ki, bu, istənilən halda hava təhlükəsi səbəbindən baş verib. Əminəm ki, biz həlak olanların ailələrinə kömək edirik, istintaq nə baş verdiyini göstərəcək. Amma indi Azərbaycana vacibdir ki, Qərbdəki və Türkiyədəki dostlarına nə qədər prinsipial olduğunu göstərsin. Mən düşünmürəm ki, bu, ağıllı siyasətdir, Azərbaycan Rusiyadan heç yerə getməyəcək. Sabah onlar yenə də öz ehtiyacları ilə bağlı bizə müraciət edəcəklər”.

Bu dolayı etirafdan sonra Zatulin “hədə-qorxuya” da keçib, Moskvanın cavab tədbirləri görməyə hazır olduğunu bildirib:

"Anlamaq lazımdır ki, Azərbaycan bizim müttəfiqimiz deyil. Moskvada Azərbaycanın da bu cür qurumları var, bizim tərəfimizdən cavab tədbirləri görmək doğru olar. Ölkə hakimiyyəti bizimlə münasibətlərə yalnız öz maraqları prizmasından baxır. Onlar heç vaxt bizim tamhüquqlu müttəfiqimiz olmayıblar, həmişə və indi də regionda Türkiyənin müttəfiqi olaraq qalırlar. Bu o deməkdir ki, Azərbaycan bizə yox, Türkiyəyə yönəlir və bizimlə ittifaq situativ xarakter daşıyır. Qarabağda müharibəyə, “təxribatlara”, “cinayətlərə”, vurulmuş helikopterə Rusiya göz yummalı olanda, o zaman tərəfdaşlıq münasibətləri var idi. Boru kəməri marşrutları çəkmək lazım olanda, bizi diqqət və qayğı ilə əhatə edirdilər. Azərbaycan və Ermənistan arasında münaqişə istədikləri kimi başa çatandan sonra isə Azərbaycanın rəhbərliyi Rusiyaya münasibətdə öz xüsusi mövqeyini göstərmək üçün hər hansı bəhanədən istifadə etməyə qərar verdi".

Qeyd edək ki, hər zaman antiazərbaycan mövqeyi ilə seçilən Zatulinin həqiqəti bu cür etiraf etməsi Rusiya rəsmilərinin ciddi fakt qarşısında qaldığını bir daha təsdiqləyir.

Tarix
2025.02.08 / 13:55
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Kremldən Bakıya ardıcıl jestlər: Nə baş verir?

İtkin azərbaycanlılarla bağlı əməkdaşlığa hazırıq - BMT rəsmisi

Tramp “bu gün-sabah görüş” dedi – Rusiyadan reaksiya

Mişa nümunəsi: Zelenski özünü Ukraynaya qurban verməsə…

Bayramov makedoniyalı həmkarı ilə görüşəcək

Ermənistan Azərbaycana bu tarixdə hücum edəcək - KİV

Ukrayna darmadağın etdi və sübut elədi ki... – Hərbi ekspert

Azərbaycanda at oynadan “həkimlər”: Onları kim himayə edir?

Vardanyan imicini dəyişdi: saqqalını qırxdı... - Foto

Prezident nazirə baxdı: Buna dərhal son qoyacağıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla