Yuxarı

“İslam dünyası ilə inteqrasiya Azərbaycandan başlayır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İslam dünyası ilə inteqrasiya Azərbaycandan başlayır”

İtaliya mətbuatında Bakıda keçirilmiş BMT Sivilizasiyalar Alyansının Forumu barədə məqalə dərc edilib.

Azərbaycanın İtaliyadakı səfirliyindən Axar.az-a verilən məlumatda bildirilir ki, İtaliya Parlamentinin keçmiş üzvü, hal-hazırda "Novae Terrae" Fondunun baş direktoru Luka Volontenin (Luca Volontè) İtaliyanın "Formiche" jurnalının internet saytında cari ilin 25-27 aprel tarixində Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barədə "Müsəlman dünyası ilə inteqrasiya Azərbaycandan başlayır" adlı məqaləsi dərc edilib.

Məqaləsində müəllif Sivilizasiyalar Alyansı təşəbbüsü, onun yaranma tarixi, missiyası barədə ümumi məlumat verib, Bakıda keçirilmiş 7-ci Forum, onun mövzusu, burada iştirak etmiş mötəbər qurum, rəsmi və ictimai xadimləri qeyd edib. Forum çərçivəsində dünyada birgə yaşayış, təhsil, miqrantların inteqrasiyası, gənclərin inklusiv cəmiyyətin formalaşmasında iştirakı və mədəniyyətlərarası həmrəylik, dini ekstremizm kimi mövzularda seminar və dəyirmi masaların keçirildiyini vurğulayır.

L.Volonte Forumda Azərbaycan prezidenti İlham Əliyevin açılış nitqində səsləndirdiyi fikirlərə istinad edərək, Azərbaycanın əsrlərdir fərqli din və mədəniyyətlərin qovşağında yerləşməsi, tarix boyu daim tolerantlıq və multikulturalizm nümayiş etdirməsi, müxtəlif etnik və dinlərin burada sülh şəraitində birgə yaşadığını qeyd edib.

L.Volonte bidirib ki, əhalisinin 90 faizi müsəlman olan Azərbaycan müsəlman aləmində ilk dövlətlərdəndir ki, müstəqilliyinin başlanğıcından etibarən dövlət və müxtəlif dini konfessiyalar arasında münasibətlərin tənzimlənməsi məsələsində model dövlət rolunu oynamışdır. "Bu, birgəyaşayış və dünyəvilik baxımından gözəl modeldir", - deyə müəllif bildirmişdir.

Məqalədə Vatikanın Mədəniyyət Şurasında Asiya, Afrika və Okeaniya dövlətləri ilə əlaqələrə məsul şəxs Teodor Maskarenhauzun "əhalisinin əksəriyyəti müsəlman olan, dünyəvilik prinsipinə sadiq və azlıqların hüquqlarına hörmətlə yanaşan, hətta kiçik katolik icmasının belə cəmiyyətin inkişafına töhfə verdiyi Azərbaycan müasir islam dövləti nümunəsidir" kimi fikirlərinə də yer verilib.

Tarix
2016.05.17 / 21:44
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla