Yuxarı

Albrext: “Xalq demaqoqu prezident seçirsə…” – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Albrext: “Xalq demaqoqu prezident seçirsə…” – Özəl

Almaniyadan Avropa Parlamentinin və 3 Avropa komissiyasinin üzvü Yan Filip Albrextin Axar.az-a müsahibəsini təqdim edirik:

– Bəzən hegemon dövlətlər demokratik dəyərlərdən sui-istifadə edirlər. Sizcə, bunun qarşısını almaq mümkündürmü?

– Demokratik dəyərlərdən sui-istifadə edildiyi fikri ilə qismən razıyam. Deməzdim ki, bütün hegemon dövlətlər demokratik dəyərlərdən mənfi mənada yararlanır. Axı biz demokratiyanın ölkələrə verdiyi əvəzolunmaz töhfələri də görmüşük. Müsbətləri görməyə çalışdıqca, ətrafımızda baş verənlər zamanla pozitivləşəcək.

– Nüvə silahının yayılmasına qarşı mübarizə aparan siyasətçi olaraq Koreya Xalq Demokratik Respublikasının nüvə silahı sınağı keçirməsinə qarşı hansı addımların atılmalı olduğunu düşünürsünüz?

– Bilirsiniz, KXDR-in bu siyasəti olduqca gülüncdür. Artıq BMT Təhlükəsizlik Şurası, ABŞ, Yaponiya bu ölkəyə qarşı sərt sanksiyalar tətbiq edir. Zənnimcə, Kim Çen İnlə mübarizənin ən effektiv yolu sülhlə, dinc üsulla onu cəzalandırmaqdır. Əlbəttə ki, sanksiyalar xalqı deyil, hakimiyyəti hədəf almalıdır.

– Avropa Parlamentində fəaliyyət göstərməyiniz, qərarların qəbulunda həlledici səsə sahib olmağınız milyonlarla insanın taleyində rol oynamağınız deməkdir. Bu məsuliyyət sizi sıxmır ki?

– Bilirsiniz, mən Avropa Parlamentinə seçilənədək çox uzun bir yol keçmişəm. Atdığım hər addımın məsuliyyətini və ağırlığını, əlbəttə ki, dərk etmişəm. İcra etdiyim vəzifənin yüksəlib-yüksəlməməsindən asılı olmayaraq, mənim ideyalarım və prioritetlərim dəyişməz olaraq qalır. Əlbəttə, vəzifə yüksəldikcə öhdəlik artır və mən bunu çox gözəl dərk edirəm.

– Fransada, Avstriyada, Yunanıstanda marginallar nasionalistlərə səs verərək onları hakimiyyətə gətirir. Avropanın liberal siyasəti o həddə gətirib çıxarıb ki, millətçi demaqoqlar ölkə rəhbəri olur. Bu riskli hakimiyyətlərin qarşısını almaq lazımdırmı? Lazımdırsa, necə?

– Demokratiya hər kəsə seçki hüququ tanımalıdır. Əgər bir millət öz rəhbəri kimi millətçini, demaqoqu görmək istəyirsə, niyə də görməsin? Riskli deyərkən, hazırda bu tipli risklərin qarşısının alınması üçün beynəlxalq təşkilatlar fəaliyyət göstərir. Sözügedən təşkilatlar, zənnimcə, istənilən riskin qarşısını almaqda faydalıdır. Bunun üçün narahat olmağa dəyməz, sadəcə, xalqları düzgün seçim etməyə çağırmaq, öz hüquqlarını bilməsinə yardım etmək, dünya ictimaiyyətini maarifləndirəcək tədbirlər, konfranslar, layihələr reallaşdırmaq lazımdır.

Tarix
2016.05.20 / 08:45
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

İlham Əliyevlə Merz arasında görüş keçirildi

Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu...

Almaniya kansleri İlham Əliyevi belə qarşıladı

Prezidentlərin geniş tərkibdə görüşü oldu - Foto

Bakıda 31 məktəbdə yeni model: repetitorluq bitir?

Azərbaycanda yeni statistika ciddi narahatlıq yaratdı

Prezidentlərin təkbətək görüşü keçirildi - Foto

İlham Əliyev ÜDM-i 5 trilyon dollar olan ölkədə...

Mətbuat dövlətçilik maraqlarının qorunmasında önəmli vasitədir

Erməni ailələri qərar verdi: Ağ bayraqla Həkəriyə gəlirlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla