Yuxarı

"Yelo Bank"la vətəndaş arasında çəkişmə davam edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının funksioneri Mustafa Hacıbəyli ilə "Yelo Bank" arasında olan kredit mübahisəsi ilə bağlı məhkəmə çəkişməsi üzrə proses keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Sabit Bəhramzadənin sədrliyi ilə keçirilən prosesdə Suraxanı Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə qərar elan olunub.

Qeyd edək ki, "Yelo bank" Suraxanı Rayon Məhkəməsinə müraciət edib. Suraxanı Rayon Məhkəməsi iş üzrə üç dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edib.

Ekspertiza rəyləri borcun dollarla yox, manatla olduğunu təsdiqləsə də, bank işin yenidən ekspertizaya qaytarılmasına, sonda iddianın təmin edilməsinə nail olub.

Suraxanı Rayon Məhkəməsi "Yelo Bank"ın xeyrinə qərar çıxarıb. Bu qərarla razılaşmayan Hacıbəyli apellyasiyaya şikayət verib və Suraxanı Rayon Məhkəməsinin qətnaməsinin onun xeyrinə dəyişdirilməsini istəyib.

Şikayətçi Mustafa Hacıbəyli Teleqraf-a bildirib ki, bu gün keçirilən prosesdə onun şikayəti təmin olunmayıb:

"Halbuki bizim şikayətimizi təmin etmək üçün ciddi əsaslar var idi. Azərbaycan Respublikasının Auditorlar Palatası həmin borcun manatla götürüldüyünü və artıqlaması ilə ödənildiyi haqqında ekspertiza rəyi vermişdi. Amma çox təəssüf ki, bu rəy "Yelo Bank"ın xoşuna gəlmədiyi üçün vəsatət qaldırdı ki, təkrar ekspertiza keçirilsin. Ona görə məhkəmə vəsatəti təmin edərək daha bir ekspertizanın keçirilməsinə qərar verdi. Nəticədə daha bir ekspertiza keçirilənə qədər məhkəmə təxirə düşdü. Məhkəmə ekspertizanın nəticəsi bilinəndən sonra təyin olunacaq".

Qeyd edək ki, Mustafa Hacıbəyli evini "Yelo Bank" tərəfindən əlindən alınması təhlükəsi ilə üzləşdiyi barədə sosial şəbəkədə paylaşım edib. Bank 2008-ci ildə manatla verdiyi krediti indi dollarla tələb edir.

Tarix
2025.02.19 / 18:50
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistanın Azərbaycanı bir güllə atmadan məhv etmək "planı"

Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok

Azərbaycan-Rusiya münasibətləri müzakirə olundu

Prezident Samir Nuriyevə yeni vəzifə verdi - Sərəncam

Azərbaycan XİN Danimarkanı təbrik etdi

Paşinyan 3-cü savaşa başladı, ermənilərə çağırış etdi

Mişustin Azərbaycanı da bu sistemə qoşulmağa çağırdı

Arxivdən Bakıya material ötürülüb? – İrəvan casus axtarır

Deputatdan müjdə: Bu, maaşların artmasına səbəb olacaq!

Əli Əsədov Düşənbədə mühüm görüşdə iştirak edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla