Yuxarı

Arif Paşayev Kərimovla görüşdü, saziş imzalandı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arif Paşayev Kərimovla görüşdü, saziş imzalandı - Foto

Məhkəmə-Hüquq Şurası ilə Milli Aviasiya Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Ali Məhkəmədən Axar.az-a verilən məlumata görə, 2025-ci il 28 fevral tarixində Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayev və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov arasında görüş keçirilib.

Görüşdə ikitərəfli əlaqələr yüksək qiymətləndirilib, 20-yə yaxın hakimin MAA-da pedaqoji fəaliyyətə cəlb edilməsi, 11 hakimin isə Akademiyanın məzunu olması vurğulanıb. Eyni zamanda MAA nəzdində yaradılmış hüquq sahələri üzrə Dissertasiya şurası çərçivəsində Ali Məhkəmədən ekspert rəylərinin alınması istiqamətində də məsələlər müzakirə olunub.

Memoranduma əsasən, hüquqşünaslıq ixtisası üzrə təhsilalanların Şuranın struktur bölmələrində təcrübə keçməsi, tədrisdə hakimlərin iştirakı, birgə ölkə əhəmiyyətli və beynəlxalq elmi konfrans, dəyirmi masa, seminar, təlim kursları, görüş və simulyasiyaların, tədris-metodiki vəsait və nəşrlərin hazırlanması, hüquq tətbiqi fəaliyyətində daha çox rast gəlinən problemlərin həlli məqsədilə elmi-praktik araşdırmaların aparılması nəzərdə tutulur.

Tarix
2025.03.01 / 22:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla