Yuxarı

Əmisi oğlunun pasportu ilə Bakıya uçan şəxs tutuldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

19 yaşlı pakistanlı Məhəmməd Ərşad Bakı Hava Limanında saxlanılıb. Buna səbəb başqa şəxsin pasportu ilə Azərbaycana keçməyə cəhd etməsidir.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, Məhəmməd Ərşad Lahor-Bakı reysi ilə Bakıya gəlib.

Hava limanında yoxlanış zamanı fotodakı şəxsin Ərşada oxşamadığı müəyyən edilib. Araşdırma zamanı həmin şəxsin başqası olduğu bilinib.

Ərşad dindirilən zaman məlum olub ki, onun təqdim etdiyi pasport əmisi oğlu Əli Osmana məxsusdur. Həmin pasporta görə əmisi oğluna üç min dollar ödəyib.

O, əməlindən peşman olduğunu, Bakıya gəlməkdə məqsədinin buradan İspaniyaya getmək olduğunu bildirib.

Maraqlıdır ki, Ərşad həmin pasportla Pakistan hava limanından Bakıya uça bilib.

Araşdırma zamanı o da məlum olub ki, Əli Osman öz pasportunu əmisi oğlu Ərşada verən zaman İspaniyada müvəqqəti yaşamaq icazəsi verilən sənəd də təqdim edib. Ərşad işləmək və yaşamaq üçün İspaniyaya getmək istədiyini deyib.

Məhkəmə Məhəmməd Ərşada səkkiz ay həbs cəzası verib. Cəzası başa çatdıqdan sonra məcburi qaydada ölkədən çıxarılacaq.

Tarix
2025.03.01 / 22:49
Müəllif
Axar.az
Digər xəbərlər

“İlham Əliyev bizim olsaydı…” – Arestoviç nəyi qəsd etdi?

Pezeşkian etiraf etdi ki, dövləti o idarə etmir

Xamenei bu dəfə “ukraynca” xəbərdarlıq etdi

Felmar Ələkbərli vəfat etdi

Ağ Evdəki davanın ən üzücü nəticəsi: “Şantaj” başladı

Qazaxıstandan təyyarə qəzası ilə bağlı növbəti açıqlama

Rasizadə bunu bizə qadağan etmişdi – NK-nın sektor müdiri

Zelenskinin Ağ Evdə “va-bank” gedişi: Kimə güvənir?

Azərbaycanlı döyüşçüdən Putinə müraciət - Video

Bu, Zelenski və Trampın razılaşdırılmış şousu idi: Hədəf isə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla