Yuxarı

Qazaxıstandan təyyarə qəzası ilə bağlı növbəti açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Aktauda baş verən təyyarə qəzasının obyektiv və şəffaf araşdırılmasında qərarlıdır.

Axar.az xəbər verir ki, bunu Qazaxıstanın Rusiyadakı səfiri Dauren Abayev deyib.

Diplomat vurğulayıb ki, istintaq açıq və dürüst olmalıdır:

“Gizlədəcək heç nəyimiz yoxdur. Biz ədalətli araşdırmanın tərəfdarıyıq”.

Səfir araşdırma prosesinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına ciddi riayət olunmaqla, Azərbaycan, Rusiya və Braziliya nümayəndələrinin iştirakı ilə aparıldığını da xatırladıb.

O qeyd edib ki, Qazaxıstan Nəqliyyat Nazirliyinin təyyarə qəzası ilə bağlı ilkin hesabatında hələlik heç bir tərəfin təqsiri və ya məsuliyyəti müəyyən edilməyib.

Qeyd edək ki, AZAL aviaşirkətinin Bakıdan Qroznıya uçan Embraer 190 təyyarəsi 2024-cü il dekabrın 25-də səhər saatlarında Qazaxıstanın qərbindəki Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Onlardan 29-u sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiya hava məkanına kənardan fiziki və texniki müdaxilə nəticəsində qəzaya uğrayıb.

Tarix
2025.03.02 / 13:31
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Qazaxıstan baş nazirləri görüşdü

Prezident Oljas Bektenovu qəbul etdi

Petrosyan hiddətləndi: Bakı bunu İrəvanın əlindən aldı

Qazaxıstanın baş naziri Zəfər parkını ziyarət etdi - Foto

Yolayrıcındayıq: gücün önə çıxdığı indiki vaxtda… - Mirzoyan

Kiyev üçün 3-cü “qırılma”: Britaniya sürətlə oyuna girdi

“İlham Əliyev bizim olsaydı…” – Arestoviç nəyi qəsd etdi?

Pezeşkian etiraf etdi ki, dövləti o idarə etmir

Xamenei bu dəfə “ukraynca” xəbərdarlıq etdi

Felmar Ələkbərli vəfat etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla