Yuxarı

Buraxılış imtahanında plagiat sual... - Rəsmi açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 2-də keçirilən buraxılış imtahanında riyaziyyat fənnindən istifadə edilən bütün tapşırıqlar ingilis bölməsi üzrə imtahan verən abituriyentlər üçün də həmin dillərə tərcümə edilərək təqdim edilib.

Axar.az xəbər verir ki, bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

Qeyd olunub ki, ingilis bölməsi üzrə imtahan verən abituriyentlərin birinin sual kitabçasından götürülmüş bir tapşırığın sosial media platformalarında yayılması bu qaydadan məlumatsız olan bəzi şəxslər tərəfindən həmin tapşırığın xarici mənbədən götürüldüyü kimi başa düşülüb.

"Bir daha bildiririk ki, tapşırığın orijinal mətni Azərbaycan dilindədir və həmin tapşırıq yalnız ingilis bölməsi üzrə imtahan verən abituriyentlər üçün tərcümə edilib. Sosial mediada yayılan görüntü də hansısa xarici mənbə olmayıb, məhz DİM-in keçirdiyi imtahanda istifadə edilən sual kitabçasından götürülüb", - məlumatda bildirilib.

Qeyd edək ki, sosial şəbəkələr və mediada martın 2-də keçirilən buraxılış imtahanında riyaziyyat fənni üzrə istifadə edilən suallardan birinin plagiat olduğu barədə xəbərlər yayılıb.

Tarix
2025.03.03 / 13:36
Müəllif
Axar.az
Digər xəbərlər

Alçaldılmış və təhqir edilmiş – O, Ağ Evə niyə çağırıldı?

GUAM-a sədrlik Azərbaycandan bu ölkəyə keçdi

Bolqarıstanın XİN başçısı Bakıya gəlir

Ukraynada bütün oyunçuların gizlətdiyi mühüm detal

Ukraynadan 1900 nüvə başlığı belə alındı: indi ölkə dağıdılır

Nazir etimad qazanmadı, Zərif istefa verdi – İranda böhran

Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə apardı

Abdullayev Ağ Ev qalmaqalından nələr yazdı

Azərbaycan və Qazaxıstan baş nazirləri görüşdü

Prezident Oljas Bektenovu qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla