Yuxarı

Azərbaycanda bu ödənişlər üztanıma ilə olacaq - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bəzi ödənişlər üztanıma ilə həyata keçiriləcək.

Axar.az xəbər verir ki, bu sözləri "Xəzər Xəbər"ə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzinTelecom" MMC-nin mətbuat xidmətinin əməkdaşı Amin Nəzərli deyib.

O bildirib ki, yaxın gələcəkdə SİMA platformasına daxil olan digər bir məhsul - "SİMA Pay" vasitəsilə üz ilə ödəniş xidməti istifadəyə veriləcək. Azərbaycanda bu bir ilk olacaq. İnsanlar öz üzlərini kameraya tanıtmaqla ödəniş edə biləcəklər. Bu, ilk növbədə dəmir yollarında tətbiq ediləcək. Hər bir insan üzü vasitəsilə qeydiyyatdan keçib ödəniş kartını əlavə edəcək.

Dəmir yollarında bu sistemin tətbiqindən sonra ictimai nəqliyyatın digər növlərində, eləcə də ictimai iaşə obyektlərində də eyni prosesin reallaşdırılması planlaşdırılır.

Amin Nəzərli deyib ki, bəzi ödənişlərin üztanıma ilə həyata keçirilməsi istiqamətdə hazırlıq işlərinin görülməsinə başlanılıb.

Həmçinin qeyd olunub ki, yaxın zamanda "SİMA imza" ilə bir çox vergi xidmətlərinin elektronlaşdırılması da nəzərdə tutulur.

Tarix
2025.03.02 / 22:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Qazaxıstan baş nazirləri görüşdü

Prezident Oljas Bektenovu qəbul etdi

Petrosyan hiddətləndi: Bakı bunu İrəvanın əlindən aldı

Qazaxıstanın baş naziri Zəfər parkını ziyarət etdi - Foto

Yolayrıcındayıq: gücün önə çıxdığı indiki vaxtda… - Mirzoyan

Kiyev üçün 3-cü “qırılma”: Britaniya sürətlə oyuna girdi

“İlham Əliyev bizim olsaydı…” – Arestoviç nəyi qəsd etdi?

Pezeşkian etiraf etdi ki, dövləti o idarə etmir

Xamenei bu dəfə “ukraynca” xəbərdarlıq etdi

Felmar Ələkbərli vəfat etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla