Yuxarı

Sağ qalmağım möcuzədir - Aydan Rəhimli

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sağ qalmağım möcuzədir - Aydan Rəhimli

Təyyarə qəzasında sağ qalmağım möcuzədir.

Axar.az xəbər verir ki, bunu AZAL-ın təyyarə qəzasında sağ qalan, Azərbaycanda “Rəşadət” ordeni alan ilk xanım Aydan Rəhimli “Konstitusiya və Suverenlik ili" çərçivəsində keçirilən 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə deyib.

O, peşəkar iş yoldaşlarının qəhrəmanlığı sayəsində həyatda olduğunu vurğulayıb.

Bildirib ki, dəhşətli təyyarə qəzası zamanı öz vəzifə borcunu yerinə yetirərək əlindən gələni etməyə çalışıb:

“Azərbaycan qadını güclüdür, bundan əlavə, həm də zərifdir. Azərbaycan qadını lazım gələndə düşmənə qarşı savaşan bir qəhrəman, çətin anlarda yol göstərən ana və fədakarlıq nümunəsi olan bacıdır. Mən istərdim ki, bu müsbət keyfiyyətlərimizi heç vaxt itirməyək, əksinə daha da möhkəmləndirək".

Qeyd edək ki, 25 dekabr 2024-cü ildə Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Qroznı səmasında Rusiyanın havadan müdafiə sisteminin ("Pantsir") hücumuna məruz qalıb və ciddi zədələnib. Qroznı və yaxın hava limanlarında enişinə izn verilmədiyindən təyyarə Qazaxıstana istiqamət alıb və Aktau yaxınlığında ciddi zədələnməsi səbəbindən qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i (o cümlədən 3 heyət üzvü) ölüb, 29 nəfər sağ qalıb.

Tarix
2025.03.05 / 20:57
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Kiyevdəki Azərbaycan səfirliyini vurdu - Foto

Həlak olan hərbçimizlə bağlı yayılan video…

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla