Yuxarı

Manukyandan etiraf: Maşınım “Bayraqdar”la vuruldu...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Manukyandan etiraf: Maşınım “Bayraqdar”la vuruldu...

Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş David Manukyan Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşdüyünü etiraf edib.

Axar.az xəbər verir ki, o, ifadəsində hərbçi olduğunu, Ermənistanda xidmət etdiyini, həmçinin Birinci və İkinci Qarabağ müharibələri zamanı Ermənistan ordusunun tərkibində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı vuruşduğunu bildirib.

D.Manukyan bildirib ki, üstündə gəzdirdiyi və sonradan evində aşkarlanan odlu silahlar Ermənistan Respublikasının Polis İdarəsində qeydiyyatdadır.

O, 44 günlük müharibə zamanı avtomobilinin “Bayraqdar” PUA-sı ilə vurulduğunu da bildirərək deyib:

“Sürücüm yaralandı, mən isə 20 metr aralıda olduğumdan xəsarət almadım”.

David Manukyan istintaq dövründə müstəntiqlərlə çox yaxşı əməkdaşlıq etdiyini də söyləyib.

Təqsirləndirilən şəxs David Allahverdiyan isə sərbəst ifadəsi zamanı ilkin istintaqda bütün suallara cavab verdiyini bildirib. “Mənə qarşı münasibət insani, yaxşı olub, buna görə təşəkkür edirəm. İndi də bütün suallara cavab verməyə hazıram”, - deyə o əlavə edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam edir.

Tarix
2025.03.06 / 14:55
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla