Yuxarı

Suriyada silahlı hücumların arxasında hansı güc var?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada hökumət qüvvələri ilə Əsədə bağlı qruplar arasında silahlı toqquşmalar başlayıb. Bu qarşıdurmada – hökumətə qarşı silahlı müqavimətin göstərilməsində maraqlı ölkələr var:

- Hərbi bazalar məsələsində hökumətlə anlaşa bilməyən Rusiya;

- Əsədin devrilməsi ilə Tehranın Suriyadan çıxmasını, həm də bölgədə zəifləməsini strateji nəticə hesab edən, lakin İranın yerinə Türkiyənin güclənməsini qəbul də bilməyən İsrail;

- Suriyada, həm də bütövlükdə bölgədə ən çox itirən tərəfə çevrilən İran.

Silahlı hücumun arxasında bu üç ölkə arasında İranın birbaşa iştirakı ehtimalı daha çox görünür. Rusiya Türkiyə vasitəsilə Suriyanın yeni hökuməti ilə təmaslar qurmaq və hərbi mövcudluğunu davam etdirmək, maraqlarının müəyyən qədər təmin etmək imkanlarını hələ də saxlayır. İsrailin druzlar üzərindən Suriyada mövqelərini qorumaq və təhlükəsizlik zəifliyindən istifadə edə bilmək imkanları genişdir.

Mövqeləri ciddi zərbə alan İranın dini separatizm və az da olsa Əsəd dövründən qalma silahlı dəstələrdən başqa əlində faktiki heç nə qalmayıb. Yeni hökumətin ilk gündən İranı “düşmən tərəf” elan etməsi də Tehranın diplomatik imkanlarını sıradan çıxarıb. Və Hakan Fidanın İrana sərt xəbərdarlığından sonra baş verən Ankara-Tehran xəttindəki gərginlik də Suriyada (və bütövlükdə bölgədə) mövqe mübarizəsindən qaynaqlanır. İstisna deyil ki, silahlı hücumlar Tehranın “müqavimət cəhdləri”ndən biridir. Əsədin devrilməsindən sonra rıçaqları zəifləyən İranın bu kimi cəhdlərlə Suriyada təsir zonaları yaratması çətindir, lakin Tehran ən azı müqaviməti davam etdirməklə maraqlarının nəzərə alınmasına çalışır.

Silahlı hücumlarda digər oyunçuların da maraqlı tərəf olması fonunda hadisələrin kəskinləşməsi gözləntisi, xüsusilə druzlar başda olmaqla müxtəlif etnik-dini qrupların separat xəttinin inkişaf etdirilməsi ön plandadır.

Tarix
2025.03.07 / 17:06
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Azərbaycan BMT sessiyasında minalarla bağlı bəyanat yaydı

Hikmət Hacıyev Londonda görüşlər keçirdi

Azərbaycan Argentinaya başsağlığı verdi

Zori Balayanla bu tarixdə tanış olmuşam - Qukasyan

Arutyunyan qanunsuz silahlı birləşmələrin adını saydı

Şimali Makedoniya prezidenti Bakıya gəldi

Aviasiya Akademiyasında "Boinq" uçuş simulyatoru quraşdırıldı

Qukasyandan Qarabağda erməni dili ilə bağlı etiraf

Əliyevlə xüsusilə bu məsələ barədə danışdıq - Ərdoğan

Putin Sahibə Qafarovanı ordenlə təltif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla