Yuxarı

Suriyada Türkiyəyə qarşı oyun: “qətliam” iddialarını kim yayır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyada Türkiyəyə qarşı oyun: “qətliam” iddialarını kim yayır?

Ölkənin cəmi 9 faizini təşkil edən nüseyrilərin içindən çıxmış təbəqə 50 il Suriya xalqının böyük çoxluğunu qətlə yetirdi, acımasız bir şəkildə malına, canına, namusuna təcavüz etdi. Suriyalıların hələ də 70 faizi qaçqın şəkildə yaşayır. Suriya rejim dəyişikliyindən sonra yenidən özünə gəlməyə başlayarkən, ölkəni 50 il qəsb etmiş təbəqə yenidən iğtişaşlara həvəsləndi. Lakin bu dəfə şiddətli cavab alarkən yenidən köhnə, "nüseyri-ələvi qətliamı var" bayatılarına sığınmağa başladılar.

Axar.az xəbər verir ki, bu sözləri araşdırmaçı jurnalist Ruslan Bəşirli Suriyada baş verən son toqquşmalar və Qərbin reaksiyası haqqında qeyd edib.

“50 il ölkəni qəsb edərkən, insanları qətlə yetirərkən sadə nüseyri vətəndaşları görməzdən gəldilər, indi isə onların adından istifadə edirlər. Artıq nüseyrilərin bəzi liderləri “qətliam” iddialarını təkzib ediblər. Şara hökumətindən istədiyini ala bilməyən bəzi xarici ölkələr də 50 illik qətliamları görməzdən gələrkən, “nüseyrisevər” olublar. Lakin Ankara və dəstəklədiyi Şam hökuməti qətiyyətlidir. Heç kimsə Suriya devrimini tərsə çevirə bilməyəcək!” – o bildirib.

Qeyd edək ki, 6 martda Bəşər Əsədin tərəfdarları olduğu bildirilən silahlı qruplaşma Latakiyada Suriya təhlükəsizlik qüvvələrinə hücum edib və bir neçə yaşayış məntəqəsini ələ keçirib. Bunun ardınca Suriya hökuməti bölgəyə ordu göndərib, sahilyanı ərazilərdə komendant saatı tətbiq edib, giriş-çıxışı bağlayıb. Artıq Cəblə da daxil olmaqla, silahlı qrupun ələ keçirdiyi yaşayış məntəqələrinə nəzarət bərpa edilib. Son məlumata görə, döyüşlər Tartus yaxınlığında gedir.

Suriyada toqquşma zamanı təhlükəsizlik qüvvələrinin yerli ələvilərə qarşı həddən artıq sərt davrandığı və qətliamlar törətdiyi iddiaları var. Bəzi məlumatlara görə, hətta ölən mülki əhalinin sayı 850-ni keçib.

Bəzi Qərb ölkələri, xüsusilə HTŞ-nin 8 mart 2024-cü il qələbəsini həzm etməyən dövlətlər bu “soyqırım”ın dayandırılması üçün Suriya hökumətinə çağırış edib.

“Əsəd tərəfdarları” adlandırılan ələvi qüvvələrinin arxasında İranın dayandığı iddiaları da var.

Tarix
2025.03.10 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla