Yuxarı

Paşinyan Azərbaycana atəş açan hərbçiləri cəzalandırmasa...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan Azərbaycana atəş açan hərbçiləri cəzalandırmasa...

Həmişə Ermənistanın indiki rəhbərliyinin etimadına şübhə ilə yanaşmışam. Hamı yekdilliklə deyir ki, sülh imzalanmaq üzrədir, mən buna şübhə edirəm.

Bu sözləri Axar.az-a rusiyalı politoloq Yevgeni Mixaylov Bakı və İrəvanın sülh müqaviləsinin şərtləri üzrə danışıqların başa çatması ilə bağlı bəyanatları fonunda Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan ordusunun təxribatçı əməllərinə münasibət bildirərkən deyib.

“Paşinyan həmişə ziddiyyətli hərəkətlər və bəyanatlar verib. Bu gün “biz sülh imzalamağa hazırıq” deyir, sabah Azərbaycanla sərhəddə hansısa təxribat olur. Belə olan halda Ermənistan Zəngəzur dəhlizini zorla öz nəzarətində saxlamağa can atır. Bu mənim şəxsi fikrimdir: Sülh mətninin razılaşdırılması beynəlxalq ictimaiyyət tərəfindən İrəvana təzyiqlərin artmasının nəticəsidir. Bəlkə də onların buradakı taktikaları ukraynalılarınkına bənzəyir: “Orda danışıqlar aparan böyük əmilər hər şeyi həll etməyə kömək edəcək, biz isə düşmənimizə zərər verməyə davam edək”. Hər halda Ermənistan verdiyi vədlərə, razılaşmalara əməl edən ölkə deyil”, - o bildirib.

Mixaylovun fikrincə, sülh imzalansa belə, onun davamlı olacağına əminlik yoxdur:

“Çünki Ermənistanın özündə Azərbaycandan qisas almağa səsləyən kifayət qədər ultra-millətçi hərəkatlar var. Və Paşinyanın ikisi - müəyyən daha mülayim qüvvələr və açıq şəkildə nasist qüvvələr arasında balans yaratması yaxşı heç nəyə gətirib çıxarmayacaq. Burada Paşinyan güclü iradə nümayiş etdirməli və bu cür hərəkətləri cəzalandırmalıdır. İndi, məsələn, atəşdən sonra Paşinyanın erməni hərbçiləri təxribata görə necə cəzalandırması maraqlı olardı. Onda görəcəyik ki, Ermənistan həqiqətən də sülh istəyir, yoxsa yox. Bu baş verənə qədər bunların hamısı boş sözlərdir. Yenə də əgər sülhlə bağlı bəyanat varsa, bu o demək deyil ki, o olacaq”.

Tarix
2025.03.19 / 09:00
Müəllif
Ruslan, Zeynəb
Digər xəbərlər

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla