Yuxarı

Heyranedici binaları olan Bakı - Avronyus

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heyranedici binaları olan Bakı - Avronyus

Məşhur Avronyus telekanalında yayımlanan "Postcards" (Açıqcalar) verilişi ilk buraxılışını Azərbaycana həsr edib.

ANS-in məlumatına görə, verilişin rubrikalarından birində müasir Azərbaycanın simvoluna çevrilən Alov Qüllələri barədə avropalılara söhbət açılıb.

1 dəqiqə 20 saniyəlik süjetdə Avronyusun müxbiri Simus Kerni Bakını bu sözlərlə tərənnüm edib:

"Verilişimiz səmaya yüksələn heyranedici binaları olan Azərbaycanın paytaxtından başlayır. Bakı buxtasından və qədim İçərişəhərdən görünən Alov Qülləri regionun ən hündür tikilisidir. Bina 2013-cü ildə istismara verilib. 38 mərtəbəli binada otel, mənzillər və ofislər yerləşir. Günəş batan kimi 10 mindən artıq LED işıqlar binanın üzərində möhtəşəm şou nümayiş etdirir. Bu qüllələr artıq dünyada tanınır".

Simus Kerni Azərbaycanın yeraltı və yerüstü sərvətlərindən ağız dolusu danışıb.

"Bura Odlar Yurdudur. Yerin altından çıxan qazın alovu ətrafa işıq saçır".

Tarix
2016.05.28 / 14:01
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla