Yuxarı

Paşinyan ordunu silahlandırır, atəşkəsi pozur – Nə istəyir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan ordunu silahlandırır, atəşkəsi pozur – Nə istəyir?

Ştaynmayer Ermənistanda şübhəsiz ki, İrəvanın antirusiya istəklərini və AB-yə doğru hərəkətini dəstəkləməyə çalışıb. Respublikanın KTMT-dən çıxması NATO üçün vacibdir. Ya Ermənistan özü təşkilatı tərk edəcək, ya da KTMT-yə daxil olan ölkələr respublikanın strukturu sabotaj etməsindən yorulacaq və bunu özləri edəcək.

Axar.az xəbər verir ki, bunu “Moskva-Bakı”ya müsahibəsində rusiyalı politoloq Aleksey Fenenko deyib.

“İrəvanın iki il ərzində KTMT-yə olan haqlarını və borclarını ödəmək niyyətində olmadığı barədə bəyanatına əsasən aydın olur ki, Ermənistan vəziyyəti gərginləşdirməyə çalışır. O, sözün əsl mənasında KTMT-dən çıxarılmasını istəyir. Paşinyan gözləyir ki, minnətdarlıq hissi ilə Qərb onun üçün nə istəsə, edəcək. Başqa bir məsələ də odur ki, Qərb belə düşünmür. Yeri gəlmişkən, Ştaynmayer Ermənistana səfəri ilə bağlı rəsmi sosial şəbəkə səhifəsində Qarabağ separatçılarının bayrağının dərc edilməsi artıq Azərbaycan tərəfindən qalmaqala və mənfi reaksiyaya səbəb olub. Almaniya səfiri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb. Bundan əlavə, Ermənistanın bir həftəyə yaxın Azərbaycan mövqelərini necə atəşə tutduğunu, Azərbaycanı növbəti dəfə təxribata çəkməyə çalışdığını gördük. Cavab olarsa, NATO-ya qaçaraq “Bizə kömək edin, Rusiya bizi tərk etdi, hamı bizə xəyanət etdi, kiçik demokratik Ermənistana kömək edin!” deyəcəklər. Deməli, bütün bu atəşlər açıq-aşkar təxribatdır. Odur ki, bütün yuxarıda deyilənləri nəzərə alaraq, Paşinyan ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı ayaqlarını sürüyür, həm də AB-nin Ermənistan-Azərbaycan sərhədindəki missiyasının “mülki” xarakterindən danışır. Paşinyan qonşuları ilə nə qədər sülhdən danışsa da, yenə də Qarabağın qisasını hesablayır. Və ona ordunu yenidən silahlandırmağı təklif edən hər kəsə xidmət etməyə hazırdır. Ermənistanda hələ də güclü millətçilik hissləri var”, - o bildirib.

Tarix
2025.04.01 / 12:42
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla