Yuxarı

Lap az qaldı: İrana hücum başlayır - Türk general

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lap az qaldı: İrana hücum başlayır - Türk general

İran üçün zəng çalınır. Suriyada mövcud quruluşun dəyişməsi və Qərbin Suriyada müəyyən qədər məqsədlərinə çatması, İranın xarici qol və uzantılarının Yəmən, Livan və Suriyada təsirsiz hala salınmasından sonra növbənin İranda olduğu düşünülə bilər. Hücumların yaxın zamanda ola biləcəyini düşünürəm. Çünki nüvə müzakirələrində nəticə əldə etmək mümkün görünmür. Buna görə də zərbə vurub, istədiklərini əldə etmək istəyəcəklər.

Bu sözləri Axar.az-a ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.

Onun sözlərinə görə, İrana hücüm Yaxın Şərqin digər ölkələri ilə müqayisədə daha ağrılı ola bilər:

“Təbii ki, İran nə İraq, nə də Suriyadır. İranın çox fərqli sosial quruluşunun olduğu aydındır. Buna görə də orada hərbi əməliyyatlara daha çox qüvvə cəmləşə, hücum ballistik raketlər, PUA-lar və dronlar vasitəsilə həyata keçirilə bilər”.

Ekspert vurğulayıb ki, İrana hava hücumları həmçinin nüvə obyektlərinin yerləşdiyi ərazilərdə terror fəaliyyəti ilə paralel aparıla bilər:

“Həmçinin nüvə fəaliyyətlərini həyata keçirə bilən rəhbərliyə qarşı əməliyyatlar mümkündür. Lakin İranın nüvə imkanlarının təsirini minimuma endirmək məqsədilə edilən hər hansı bir addım qarşılıqsız qalmayacaq. Xatırladım ki, İranın son hücuma cavab olaraq atdığı raketlər İsrailə çatmışdı. Buna görə də İrana mümkün hücumda yalnız nüvə obyektləri deyil, raket sistemləri və PUA-lar da hədəfə alınacaq”.

Karauz bildirib ki, ABŞ-ın bu işi təkbaşına görməsi mümkün deyil:

“ABŞ və İsrail birgə fəaliyyət göstərərək, İngiltərənin də dəstək verəcəyi ehtimalı var. Lakin İranı qısa müddətdə diz çökdürmək və ya öz mətbuatında verdikləri hibrid müharibə və psixoloji əməliyyat mesajlarında olduğu kimi, qısa zamanda məhv etmək çox çətin görünür”.

Tarix
2025.04.03 / 15:24
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü

Zülfüqarovdan ermənilərə: Etməyin, məsləhət görmürəm!

Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

Bunu Əliyev, Paşinyan, Magyar, Sandu bacardı - Saakaşvili

Azərbaycan getdikcə bu modeli izləyir - Hacıyev

Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA

ABŞ və İran razılaşması: niyə mətnlər fərqlidir?

Fuad Oqtay İlham Əliyevi təbrik etdi

Netanyahu İlham Əliyevi təbrik etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla