Yuxarı

Qırğızıstan mediası Əliyevin Qoalinlə görüşündən yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qırğızıstan mediası Əliyevin Qoalinlə görüşündən yazdı

Bişkekdəki ca-news portalı Azərbaycan Prezidenti İlham Əliyevin Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi ilə əlaqədar material verib.

Axar.az xəbər verir ki, yazıda deyilir: "Azərbaycan Prezidenti İlham Əliyev görüşdə bildirib ki, ölkəsi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dialoq üzrə tərəfdaşı statusunu almasını ŞƏT-na inteqrasiya yolunda ilk addım kimi qiymətləndirir. Bu təşkilatla əməkdaşlıq Azərbaycanın xarici siyasətində mühüm yer tutur".

Qeyd olunur ki, ikitərəfli münasibətlərə toxunan İlham Əliyev İpək Yolu infrastrukturlarının yaradılmasında və inkişafında Çinlə birgə fəaliyyətin maraq doğurduğunu bildirib.

Portalda dövlətimizin başçısının bu fikirləri diqqətə çatdırılır: "Azərbaycan Çindən Avropaya və əksinə malların daşınmasında mühüm tranzit rolunu oynamağa hazırdır. Bunun üçün ölkəmizdə dəmir yolunun, həmçinin Xəzər hövzəsində ən böyük yeni dəniz limanının inşası və burada azad iqtisadi zonanın yaradılması istiqamətində tədbirlər görülür və Azərbaycan bu işlərdə Çin şirkətlərinin fəal iştirakında maraqlıdır".

Materialda vurğulanır ki, Prezidenti İlham Əliyev Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə Çin investisiyalarının yatırılmasını alqışlandığını bildirib.

Tarix
2016.06.01 / 23:38
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla