Yuxarı

Bu halda İran bizə yardım edə bilməyəcək, Bakı isə… - Xaçikyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu halda İran bizə yardım edə bilməyəcək, Bakı isə… - Xaçikyan

İsrailin çoxdankı arzusu İranı məhv etməkdir. Təl-Əviv hesab edir ki, indi bunu etmək üçün əlverişli zamandır.

Axar.az xəbər verir ki, bu sözləri Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan erməni mediasına geniş müsahibəsində deyib.

“İki ssenari var: ya İranı danışıqlar masasına qayıtmaq üçün qorxudurlar, ya da ABŞ doğrudan da İrana hücum edəcək. Amma İran özünü müdafiə edə bilər, ilk növbədə Amerika hərbi bazalarını vuracaq, Yaxın Şərqdəki neft obyektlərinə hücum edəcək, bu da neftin qiymətini 4-5 dəfə artıracaq. Təbii ki, İsraili də vuracaq - İranın hipersəs raketləri var”, - o bildirib.

Xaçikyanın fikrincə, ruslar İrana kömək edəcəklər, ancaq təbii ki, gizli şəkildə, necə ki, Tehran Ukrayna müharibəsi zamanı Moskvaya kömək edib.

O, həmçinin vurğulayıb ki, İrana mümkün hücum olarsa, Tehran artıq bizə kömək edə bilməz və Azərbaycan bu fürsətdən istifadə edəcək.

Qeyd edək ki, Donald Tramp ABŞ və İran arasında birbaşa danışıqların başladığını elan edib.

Tarix
2025.04.08 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla