Yuxarı

DİN-dən qulaq kəsənlərlə bağlı açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN-dən qulaq kəsənlərlə bağlı açıqlama

Daxili İşlər Nazirliyi Lerikdə baş verən cinayətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, mayın 28-də saat 04 radələrində bir neçə şəxs Lerik rayonunun Küsəkəran kənd sakini Rəfail İsiyevin evinə qanunsuz daxil olaraq ona bıçaqla xəsarət yetiriblər.

R.İsiyevin ərizəsi əsasında Lerik Rayon Polis Şöbəsində aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən tarixdə Küsəkəran kənd sakinləri Sulduz və Natiq Əliyevlər, Əlirza, Bəylər və Xanlar İsiyevlər Rəfail İsiyevin yaşadığı evə gələrək münaqişə zəminində ona və atası Hüseyn İsiyevə bıçaqla, həmçinin ağac parçası ilə xəsarətlər yetiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1 (bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsin sağlamlığına qəsdən ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Natiq Əliyev və Əlirza İsiyev təqsirləndirilən şəxs qismində tutulub, istintaqa cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, hadisənin namus üstündə baş verdiyi bildirilib. Lənkəran Rayon Mərkəzi xəstəxanasından verilən məlumata görə, Lerik rayonundan iki nəfər ağır vəziyyətdə xəstəxanaya daxil olub: "Xəstələrdən biri baş, ayaq və bədəninin müxtəlif nahiyələrindən kəsici və küt alətlərlə xəsarətlər alıb. Digər yaralının isə hər iki qulağı kəsilib".

Tarix
2016.06.02 / 14:02
Müəllif
Hacı Qulu
Digər xəbərlər

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

Ziyan milyarda çatdı, yeni “kart” qadağası gəldi – daha pis olacaq

Ermənistanda və Azərbaycanda müəyyən dairələr...

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

Prezident forum iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Kobaxidzeyə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla