Yuxarı

Babayevdən qeyri-adi qərar: dövlətin 1 milyardını hara yatırdı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Babayevdən qeyri-adi qərar: dövlətin 1 milyardını hara yatırdı?

Maliyyə Nazirliyi vahid xəzinə hesabının milli valyutada olan 1 milyard manatlıq sərbəst qalığını 3 ay müddətinə 7,21% orta faizlə yerli banklarda depozitə yerləşdirib. Bildirilir ki, bu, Azərbaycanda yeni yanaşmadır və dövlət büdcəsinə əlavə daxilolmaların formalaşdırılması istiqamətində addımdır.

Axar.az xəbər verir ki, qərarın önəmi dövlət büdcəsinə əlavə gəlirlə yanaşı, həm də seçimdə yerli banklara üstünlük verilməsidir. Belə ki, depozit sistem əhəmiyyətli 4 banka yerləşdirilib və bu da yerli bankların imkanlarını genişləndirir.

Mövzu ilə bağlı saytımıza açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli vurğulayıb ki, bu addım bank sektorunda likvidliyi artıracaq və vəsaitlərin daha səmərəli idarə olunmasına xidmət edəcək:

“Bu addımla banklarda kiçik müddətli – 3 aya qədər olan kreditlərin də faiz dərəcələrində müəyyən dəyişikliklər – yəni enmələr ola bilər. Əslində sərbəst vəsaitin iqtisadiyyatda dövr etməsi çox yaxşıdır. Yəni həmin məbləğ dövriyyəsiz qalmaqdansa, dövr etməsi, iqtisadi üstünlüklər qazandırması təbii ki, müsbət yanaşmadır”.

Xatırladaq ki, Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracı təşkil edib. Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 1 milyard manatlıq sərbəst qalığı 4 sistem əhəmiyyətli bankda, 3 ay müddətinə, 7,21% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Tarix
2025.04.15 / 12:16
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla