Honduras Milli Konqresi 2014-cü ilin 17 yanvar tarixində
Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan
333-2013 saylı Qərar qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən
"Axar.az"a verilən məlumata görə, Honduras Milli
Konqresinin qəbul etdiyi bu Qərar Konqresin prezidenti və katibləri
tərəfindən təsdiq edilib.
Bu Qərar 2014-cu ili 24 yanvar tarixində Honduras
Respublikasının Prezidenti və xarici işlər naziri tərəfindən təsdiq
edildikdən sonra 2014-cu ilin 13 fevral tarixində ölkənin rəsmi
mətbuat orqanı olan "THE GAZETTE" rəsmi kütləvi informasiya
vasitəsində dərc edilərək qüvvəyə minib və ölkənin qanunu statusunu
alıb.
Sənədin giriş hissəsində Ermənistanın öz müstəqilliyini bəyan
etdikdən əvvəl və sonra Azərbaycanın suverenliyi altında olan geniş
əraziləri ilhaq etmək yolu ilə öz ərazilərinin ekspansiyası
siyasətinə başladığı bildirilir.
1991 və 1992-ci illərdə Sovet İttifaqının dağılması nəticəsində
yaranmış siyasi qeyri-sabitlikdən istifadə edən Ermənistan
hökumətinin Dağlıq Qarabağ və ətraf 7 rayonun işğalı məqsədilə
döyüş əməliyyatlarını hərbi fazaya keçirərək ərazi ekspansiyası
siyasətini intensivləşdirdiyi bildirilir.
Həmçinin 30 min insanın öldürüldüyü və 1 milyondan çox insanın
məcburi köçkünə çevrildiyi hərbi əməliyyatlar zamanı Xocalıda
azərbaycanlı əhaliyə qarsı soyqırım aktı və digər insanlıq əleyhinə
cinayətlərin törədildiyi qeyd edilir.
Sənəddə Ermənistan hökuməti tərəfindən Azərbaycanın suveren
ərazilərinin işğalı nəticəsində beynəlxalq hüququn təməl
prinsiplərinin pozulması ilə yanası, azərbaycanlı əhalinin kütləvi
səkildə məcburi köçkünə çevrilməsi diqqətə çatdırılır və bu kimi
hərəkətlər beynəlxalq cinayət əməli kimi qiymətləndirilərək,
beynəlxalq sülh və təhlükəsizliyə təhdid olaraq təqdim edilir.
Bununla yanaşı, erməni qoşunlarının Azərbaycanın işğal edilmiş
bütün ərazilərindən dərhal çıxarılmasını tələb edən BMT
Təhlükəsizlik Şurasının 1992 və 1993-cü illərdə qəbul etdiyi 822,
853, 874 və 884 saylı qətnamələrin qəbulundan 21 ildən artıq vaxtın
ötməsinə baxmayaraq, münaqişənin hələ də davam etdiyi və Ermənistan
hökumətinin BMT-nin tələblərinə etinasız yanaşdığı bildirilir.
Qərarın 1-ci bəndində Ermənistan hökuməti təcavüzkar işğalçı
davranış, Azərbaycanın suveren ərazilərinin hərbi işğalı və
Azərbaycan mülki əhalisinə qarsı misilsiz hərəkətlərə görə ciddi
şəkildə ittiham edilir.
Qərarın 2-ci bəndində Ermənistan tərəfinin hərəkətlərinə
münasibətdə Azərbaycan dövləti və hökuməti ilə həmrəylik ifadə
olunur.
Qərarın 3-cü bəndində beynəlxalq sülh və təhlükəsizliyin təmin
edilməsinə cavabdeh olan qurumlar münaqişədən əvvəlki status-kvonun
bərpa edilməsi məqsədilə Azərbaycan ərazilərinin qaytarılması ilə
bağlı həlledici addımlar atmağa çağırılır.
Qərarın 4-cü bəndində Honduras hökuməti Azərbaycan dövlətinin
ərazi bütövlüyünün bərpası, Azərbaycan əhalisinin sülh və
təhlükəsizliyinin və öz ərazisində sülh şəraitində yaşamaq
hüququnun bərpa edilməsi naminə beynəlxalq təşəbbüsləri
dəstəkləməyə çağırır.
Qərarın 5-ci bəndində sənədin "THE GAZETTE" rəsmi kütləvi
informasiya vasitəsində dərc edilməsindən sonra qüvvəyə minəcəyi
bildirilir.