Yuxarı

Əli Əsədov bacarmır, Baş nazir vəzifəsi ona tapşırılsın!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Əsədov bacarmır, Baş nazir vəzifəsi ona tapşırılsın!

Vəziyyət həqiqətən ağırdır, üzücüdür, dərin təəssüf hissi və narahatlıq yaradır. Hökumət demək olar ki, vəziyyəti dəyişmək üçün ciddi heç bir iş görmür, fəaliyyətsizdir. Artıq bu acınacaqlı durum dəfələrlə təkrar olunsa da, bu istiqamətdə ciddi işlər görülmür. Mən, digər deputat həmkarlarım bu məsələni Baş nazirin iştirak etdiyi hökumətin hesabatı zamanı da qaldırdıq. Azərbaycana hökumət üzvlərinin və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin, icra başçılarının eşidəcəyi güclü və təşəbbüskar Baş nazir lazımdır. Əli müəllim savadlı və yaxşı insan olaraq, Prezidentin köməkçisi kimi daha çox iş görə bilirdi. Hazırkı şəraitdə Birinci vitse-prezident həm də Baş nazir postunu tutsa, bu, çox faydalı olardı.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev güclü yağışdan sonra Bakı şəhərində bəzi yolların bağlanması, evləri su basmasına görə ciddi qərarların qəbul edilməsi gərəkdiyi haqda danışarkən deyib.

“Geniş səlahiyyətlərə malik Bakı şəhər bələdiyyəsi yaradılmalıdır. Hökumət qısa zamanda ciddi qərarlar qəbul edib işə başlamalı və bu barədə əhalini məlumatlandırmalıdır. Təəssüf ki, heç kim təşəbbüs göstərmir, hamı Prezidentdən tapşırıq gözləyir. Yaranmış vəziyyət idarəetmədə islahatların aparılmasını qaçılmaz edir”, - o bildirib.

Tarix
2025.04.16 / 15:16
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

Sülh Şurasına qoşulmaq Bakıya nə qazandıracaq?

Bakının bunu etməsi böyük hadisədir - Subari

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

Bakının təhvil verdiyi 10 erməni və 1 rusla bağlı son xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla