Yuxarı

ATV aparıcısını döyən müdirin sorğu-sualı başladı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ATV aparıcısını döyən müdirin sorğu-sualı başladı - Video

ATV-nin "Yoxlama" verilişinin aparıcısı Azər İsmayılova və kanalın digər əməkdaşlarına hücum çəkən şəxslər hazırda Şamaxı Rayon Polis Şöbəsindədir.

Bu barədə Axar.az-a Rayon Polis Şöbəsindən məlumat verilib.

Bildirilir ki, hadisə "Şamaxı" restoranında baş verib və hazırda restoranın sahibi və digər şəxslər dindirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, iyunun 4-də, saat 19 radələrində ATV-nin "Yoxlama" layihəsinin əməkdaşları - Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə Şamaxı şəhərindəki "Şamaxı" yeməkxanasında çəkiliş apararkən oranın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanovla onların arasında münaqişə baş verib.

Bu zaman H.Allahverdiyev və E.Osmanov ATV-nin əməkdaşlarını döyüb, onlara məxsus videokameranı, səs qurğusunu və digər avadanlıqları sındırıb.

Toplanmış material rayon prokurorluğuna göndərilib.

Tarix
2016.06.06 / 11:40
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla