Yuxarı

İtaliya mətbuatında Azərbaycanla bağlı məqalə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtaliya mətbuatında Azərbaycanla bağlı məqalə

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın Ticarət Agentliyinin (ICE) aylıq elektron xəbər bülletenində və "Notiziegeopolitiche" geosiyasət və xarici siyasət üzrə elektron portalında Azərbaycanın iqtisadi potensialı, Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığı və iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri barədə müsahibələri dərc edilib.

Səfirlikdən Axar.az-a verilən məlumata görə, müsahibələrdə M.Əhmədzadə Azərbaycanın yerləşdiyi geostrateji coğrafi mövqeyi, iqtisadiyyatın sürətli inkişafı, regional liderliyi, ölkə iqtisadiyyatına yatırılan sərmayələr, Azərbaycanda həyata keçirilmiş və keçirilməkdə olan strateji əhəmiyyətli enerji, nəqliyyat və infrastruktur layihələri barədə məlumat verib.

İtaliya-Azərbaycan əlaqələrinə toxunan M.Əhmədzadə bu əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını, bunun 2014-cü ildə Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri zamanı Baş nazir Matteo Renzi ilə birgə qəbul etdiyi strateji tərəfdaşlıq haqqında bəyannamədə təsbit edildiyi, İtaliyanın uzun müddət Azərbaycanın birinci ticarət tərəfdaşı və ölkəmizin İtaliya üçün əsas neft təchizatçılarından biri olması, bir çox italyan şirkətlərinin Azərbaycanda investor və podratçı kimi cəlb olunması, son bir il ərzində İtaliyanın "Maire Technimont", "Technip" və "Saipem" şirkətləri ilə önəmli müqavilələrin imzalanmasını qeyd edib. TAP layihəsinin reallaşması ilə Azərbaycan təbii qazının İtaliyaya çatdıralacağını qeyd edən səfir, bu layihənin qaz mənbələrinin diversifikasiyası, İtaliyanın Avropada önəmli qaz mərkəzinə çevrilməsi, habelə bu boru kəmərinin tikintisinə İtaliya şirkətlərinin podratçı kimi cəlb edilməsi nöqteyi-nəzərdən əhəmiyyətini vurğulayıb.

M.Əhmədzadə Azərbaycanda aparılan iqtisadi islahatlar, ölkə iqtisadiyyatının şaxələndirilməsi, iqtisadiyyatda neft sektorunun payının minimuma endirilməsi və qeyri-neft ixracatının artırılması istiqamətində atılan addımlar barədə danışıb. Bu xüsusda, Azərbaycanda Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Sənaye Parkı kimi yeni infrastruktur-logistika mərkəzlərinin yaradıldığı, kənd təsərrüfatı, turizm, nəqliyyat, İKT, inşaat kimi sahələrdəki imkanlar barədə məlumat vermiş və italyan şirkətlərini qeyd olunan sahələrə sərmayə qoymağa çağırıb. Azərbaycanın coğrafi əhəmiyyəti, Qərb-Şərq, Şimal-Cənub nəqliyyat dəhlizlərindəki önəmli rolu barədə də danışaraq İtaliya şirkətlərinə Azərbaycana daha geniş bazarlara çıxış üçün körpü kimi baxmağı da tövsiyyə edib.

13 iyun tarixində Roma şəhərində İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyanın növbəti iclasının və Azərbaycan-İtaliya Biznes Forumunun keçiriləcəyi barədə məlumat verən səfir bu tədbirlərin Azərbaycana italyan sərmayələrinin cəlb edilməsi, ölkəmizin qeyri-neft ixracının artırılması və iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətindən danışıb.

Müsahibələrlə aşağıdakı linklərdən tanış ola bilərsiniz:

http://www.newsletter-ice.com/default.asp?id=511&id_n=936

http://www.notiziegeopolitiche.net/?p=63453

Tarix
2016.06.06 / 16:46
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla