Yuxarı

XXI əsrin əsas paradiqması: insan kapitalı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz “qara qızıl”ı insan kapitalına çevirə bildik". Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə ali təhsil müəssisələrinin “təhsil-tədqiqat-innovasiya” formatında inkişafı nəzərdə tutulur. Həmin sənəddə göstərilir: Ali təhsil insan kapitalının formalaşmasında və inkişafında mühüm mərhələdir. Onun insan kapitalının formalaşmasına və inkişafına təsiri özünü iki şəkildə büruzə verir:

1) insan kapitalının formalaşmasında birbaşa iştirak edən ixtisaslı mütəxəssislərin hazırlaması; 2) yeni biliklərin yaranmasında, tətbiqində və ötürülməsində bilavasitə iştirak.

Uzun illərdir ki, iqtisadi inkişafım strukturunu analiz edən alimlər nadir hallarda kəsişən iki müxtəlif yolu izlədilər. Bunlardan biri nəzəri modelin qurulmasıdır. Bu model vasitəsilə iqtisadiyyyatın spesifik mexanizmləri yaradılır və bu mexanizmlərin iqtisadi inkişafa təsiri izlənilir. İkinci istiqamət isə emprik müşahidədir və məqsəd müxtəlif nəticələri fiksə etməklə iqtisadi inkişafı, yaxud tənəzzülü üzə çıxarmaqdır. Bəzən nəzəri model xüsusi emprik tədqiqatların aparılmasına impuls verir.

Hər iki istiqamət üzrə iqtisadi inkişafın müasir tədqiqatçılarının nümayəndələri insan kapitalının vacibliyini önə çəkirlər. İnsan kapitalı anlayışı ötən əsrin 50- ci illərində elmi dövriyyəyə buraxılıb. Məsələnin qoyuluşu sadə idi. Məhsuldarlığın artımı, ixtiralar və əhalinin savadlılığı və bacarıqları sahəsində baş verir. Başqa sözlə insan kapitalı ilə iqtisadi inkişaf arasındakı əlaqə anlaşılmırdı və xeyli suallar yaranırdı.

Fikrimizcə insan kapitalının klassik göstəricisi sayılan məktəb təhsilinin səviyyəsindən (school attainment) masştab xarakterli göstəricilərə, məsələn, koqnitiv bacarıqların formalaşmasına qədər təhlillər aparılmalıdır.
Görkəmli iqtisadçılar, xüsusilə Nobel mükafatı laureatları əhalinin zənginliyinin alternativ mexanizmlərini axtarıblar. Və bu istiqamətdə xeyli kitablar yazılıb. Nəzəri modeldə müxtəlif mexanizmlərdən istifadə olunur. Bunlardan biri təhsilin birbaşa iqtisadi inkişafa təsiridr. Belə tədqiqatlarda 3 əsas model önə çəkilir: İnkişafın qeyri/klasik nəzəriyyəsinin genişləndirilməsi, endogen (daxili mənşə) inkişaf və texnoloji diffuziya nəzəriyyəsi.
İnkişafın qeyri/klassik nəzəriyyəsinin tədqiqatçıları təhsili istehsalın əsas hərəkətverici qüvvəsi hesab edərək insan kapitalı üzrə tədqiqatlar aparıblar. Təhsilin genişliyi insan kapitalının imkanlarının artımına səbəb olur. Əgər biz insan kapitalını iqtisadi inkişafın əsas komponenti hesab ediriksə, onda “bilikli cəmiyyət” bir dayanıqlı iqtisadi səviyyədən digər dayanıqlı iqtisadi səviyyəyə rahat keçid prosesində öz sözünü deyəcək. Digər tərəfdən məlumdur ki, inkişafın qeyri/klassik modelini qiymətləndirərkən əsas diqqət əhalinin gəlirlərinə yönəlir və aydındır ki, Ümumi Daxili Məhsuldan adambaşına düşən vəsaitdəki dəyişikliklər bilavasitə fərdin təhsilinə təsir göstərir.

Dövlət tərəfindən maliyələşən təhsilin insan kapitalının inkişafına təsiri məhdud xarakter daşıyır.
Endoqen inkişafın tərəfdarları isə birmənalı olaraq hesab edirlər ki, iqtisadi inkişafın hərəkətverici qüvvəsi innovasiyalardır. Başqa sözlə, insan kapitalı yeni ideya və texnologiyalar hesabına iqtisadiyyatın innovasiya potensialını genişləndirməlidir. Bu sahənin tədqiqatçıları “texnoloji dəyişikliklər iqtisadiyyatın daxili gücünü artırır” fikrinin üzərində dayanırlar. Və bu modelə görə əhalinin müəyyən təhsil səviyyəsi kəsilməz olaraq yeni ideyaların ortaya çıxmasına səbəb olacaq. Təhsilin səviyyəsində durğunluq yaransa belə təhsil uzunmüddətli iqtisadi inkişafın tempinə təsirini saxlayacaq.

Nəhayyət insan kapitalının iqtisadi inkişafa və istehsala təsirinin 3-cü istiqaməti diffuziya nəzəriyyəsidir-bu, texnologiyaların geniş yayılmasıdır: Yeni texnologiyalar iqtisadi inkişafı şərtləndirir.

Qeyd etdiyim istiqamətlər həyati əhəmiyyət kəsb edən iqtisadi inkişaf prosesində bizim baxışlarımızı bütövləşdiririr.

Dünya İqtisadi Forumunun sədri, 4-cü Sənaye İnqilabı ideyasının müəllifi Klaus Şvab haqlı olaraq deyib ki, 4-cü Sənaye İnqilabı ilk mərhələdə olduğundan bizdən çox sey asılıdır: “Yeni texnologiyaların tənzimlənməsi üçün İctimai və qanunvericilik normaları yenidən formalaşır. Bizim həyatımızı dəyişən texnologiyaların inkişafında hamının iştirakı vacibdir".

Bu inqilab bir-biri ilə qarşılıqlı əlaqədə olan texnologiyaların köməyi ilə siyasətçilər, texnoloji liderlər, bütün dünyanın vətəndaşları, bütün sosial qruplar, media təmsilçiləri arasında ictimai diskussiyaları müyyənləşdirmək imkanları yaradır. Ortaya çıxan ilk suallar bunlardır. Yeni texnologiyalar bizim davranışımıza necə təsir göstərir? Biz onlara olan münasibətimizi necə dəyişməliyik?

Böyük Zəfər qazanmış Azərbaycan insan kapitalının inkişafı hesabına 4-cü Sənaye İnqilabına öz töhfələrini verəcək...

Tarix
2025.04.23 / 09:26
Müəllif
Samir Vəliyev
Digər xəbərlər

Prezident Cao Lıci ilə görüşdü

Prezident Çində, görün, hansı mahnı ilə qarşılandı - Video

Netanyahu Bakıya səfər edəcək? – Təcili

Prezident Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət etdi

Prezident Li Çianqla görüşdü

Prezidentin nəvələri Çin lideri ilə görüşdü - Foto

İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi

Pezeşkianın Bakıya səfəri... - Mühacirani

Szinpin İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət etdi

İlham Əliyev Szinpinlə geniş tərkibdə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla