Yuxarı

ATV-nin Şamaxıda döyülən rejissoru danışdı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ATV-nin Şamaxıda döyülən rejissoru danışdı - Video

Restoranın sahibi və yaxın qohumu əməkdaşlarımızı söydü, təhqiramiz ifadələr işlətdi, fiziki zorakılıq göstərdi.

Axar.az xəbər verir ki, bunu ATV telekanalında yayımlanan "Yoxlama" verilişini rejissoru Elgün Bayramlı Şamaxıda baş verən insidentə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, telekanalın əməkdaşları yüngül bədən xəsarətləri alıb:

"Biz çəkiliş aparırdıq. Bu vaxt restoranın sahibi və yaxın qohumu əməkdaşlarımızı söydü, təhqiramiz ifadələr işlətdi, fiziki zorakılıq göstərdi. Nəticədə mən və bir neçə əməkdaşımız yüngül bədən xəsarətləri aldıq.

Telekanalın çəkiliş heyəti üçün ayrılmış avtomobilinə təpiklə zərbələr endirdilər. Videokamera, səs qurğusu, mikrofon və digər avandanlıqlar sındırıldı. Nəticədə avadanlıqlara təxminən 10 min manat civarında maddi ziyan dəyib. Eyni zamanda mənəvi ziyana məruz qalmışıq.

Onların bizə qarşı etdiyi kobud hərəkətlər, fiziki təzyiq, söyüş və təhqirlərə baxmayaraq, əməkdaşlarımız jurnalistin etnik davranışlarına riayət etdilər. Məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurası Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət ünvanlayıb".

Layihənin aparıcısı Azər İsmayılov isə Oxu.az-a açıqlamasında jurnalistləri bu məsələdə həmrəy olmağa və mövzuya həssas yanaşmağa dəvət edib:

"Əməkdaşlarımız vəzifə borclarını yerinə yetirərkən fiziki zorakılığa məruz qalıblar. Həm maddi, həm mənəvi ziyanla üzləşmişik.

Yaşanan hadisə ilə bağlı bəzi internet portallarında şişirdilmiş başlıqlara da rast gəldik. Mətbuat işçilərindən bu məsələyə həssas yanaşmalarını, həmrəylik nümayiş etdirmələrini xahiş edirik".

Xatırladaq ki, iyunun 4-də saat 19 radələrində "Yoxlama" layihəsinin əməkdaşları - Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə ilə Şamaxıda çəkiliş apardıqları "Şamaxı" yeməkxanasında məkanın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanov arasında münaqişə baş verib. Nəticədə ATV telekanalının əməkdaşları fiziki təzyiqə məruz qalıb.

Restoranın sahibi çəkiliş qrupuna mane olmaq istəyib. Aparıcı Azər İsmayılov buna qarşı çıxanda gərginlik daha da artıb.

Restoran sahibi və yanındakılar çəkiliş qrupuna hücum ediblər. Onlar "Yoxlama"çıları zorla restorandan çıxarmağa çalışıblar. Bu zaman söyüş və təhqiredici ifadələr də eşidilib. Nəticədə verilişin rejissoru Elgün Bayramlı xəsarət alıb.

Mübahisə isə çəkiliş qrupunun avtomobilinin yaxınında davam edib. Hadisə ilə bağlı polisə müraciət edilib. Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları faktı araşdırır.

Tarix
2016.06.07 / 10:50
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Azərbaycan Əfqanıstanda beynəlxalq görüşdə iştirak edəcək

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

Ulu Öndərin qayıdışı ölkəmizin taleyində dönüş anı oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla