Yuxarı

Ağsaqqal jurnalistin qızı tələbələrin təqaüdünü kəsdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağsaqqal jurnalistin qızı tələbələrin təqaüdünü kəsdi

Azərbaycan Milli Konservatoriyasında təhsil alan bəzi doktorantların təqaüdləri kəsilib.

Axar.az-a müraciət edən doktorantlar illik hesabatları müəyyən səbəbə görə gecikdirdikləri üçün təqaüddən məhrum olduqlarını açıqlayıblar. Qərardan sonra maddi çətinlik yaşadıqlarını və bu təqaüdlə ən azından yol xərclərini ödədiklərini deyən doktorantlar sanksiyanı ədalətsiz adlandırıblar:

"Prorektorumuz Lalə Hüseynova bu qərarı verdi. Daha humanist cəza seçilə bilərdi, ən azı ona görə ki, "adamı çörəklə sınağa çəkməzlər" deyiblər".

Milli Konservatoriyanın prorektoru Lalə Hüseynova Axar.az-a faktı təsdiqləyib və hər şeyin qanuna uyğun olduğunu bildirib:

"Məlumat tamamilə doğrudur. İşini vaxtında yerinə yetirməyən doktorantları attestasiyaya buraxmadıq və nəticədə onların təqaüdləri kəsildi. Bu isə tamamilə qanuna uyğundur".

Doktorantların nəzərinə isə Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi" qaydalarını çatdırmağa məcburuq. Qaydalarda açıq mətnlə yazılır:

"Dövlət hesabına təhsil alan doktorantlara birinci təhsil ilində qanunvericiliklə müəyyən olunmuş məbləğdə təqaüd verilir. Növbəti təhsil illərində təqaüd illik attestasiyanın nəticələrinə görə təyin edilir. İllik attestasiyadan keçməyən doktorantın təqaüdü dayandırılır".

Qeyd edək ki, Lalə Hüseynova jurnalistikamızın ağsaqallarından olan professor Şirməmməd Hüseynovun qızıdır.

Tarix
2016.06.07 / 16:13
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla