Yuxarı

Moskva Qara dəniz layihəsindən imtina etməyib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva hələ də Qara dənizin dibi ilə Avropaya qaz kəmərinin çəkilməsini öz gündəliyindən çıxarmayıb.

Axar.az xəbər verir ki, bunu "İnterfaks" agentliyinə müsahibəsində Rusiya Xarici İşlər nazirinin müavini Aleksey Meşkov söyləyib. Onun sözlərinə görə, Moskva bu proyektin reallaşdırılması üçün müxtəlif variantların müzakirəsinə hazırdır:

"İtaliya və cənub-şərqi Avropa ölkələrinin qaza olan tələbatı həddən artıq çoxdur. Avropa Komissiyasının destruktiv mövqeyi və Bolqarıstan hakimiyyətinin anlaşılmaz siyasəti nəticəsində Rusiya Cənub Axını layihəsini bağlamaq məcburiyyət qaldı. Lakin bu, Rusiyanın bu istiqamətdə qaz kəmərlərinin çəkilməsi ideyasının məhv olması anlamına gəlmir. Avropa Birliyi enerji resurslarının öz ərazisinə tədarükü variantlarını seçmək hüququna sahibdir. Cənub Qaz Dəhlizinin nə qədər effektli olacağını zaman göstərəcək. Bunun üçün nəzərdə tutulan maliyyə yatırımları ayrılacaqmı? Tədarükçü ölkələr lazım olan qaz həcminə və qeyri-sabit siyasi şəraiti olan regiondan tədarükün stabilliyinə zəmanət verə biləcəklərmi? Ortaya çoxlu suallar çıxır".

Qeyd edək ki, bundan öncə "Qazprom" rəhbərliyi də Rusiya hökumətinin Avropa Komissiyası ilə Qara dənizin dibində qaz kəmərinin çəkilişini müzakirə edəcəyini bəyan edib.

Tarix
2016.06.08 / 14:50
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı bu obyektlərin qorunmasına ciddi yanaşır - Əmirbəyov

Bakı və İrəvan arasında sülh olacağına inanırıq - ABŞ

Qeytdən çağırış: Bakı ilə iqtisadi inteqrasiyanı sürətləndirin

Ukrayna Bakı-İrəvan razılaşmasını alqışladı

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla