Yuxarı

Moskva Orta Asiyanı fəth edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskva Orta Asiyanı fəth edir

Rusiya Müdafiə naziri Sergey Şoyqu Türkmənistana səfər edəcək.

Axar.az xəbər verir ki, Şoyqu səfəri zamanı Türkmənistanın hərbi-siyasi rəhbərliyi ilə görüş keçirəcək.

Qeyd edək ki, Şoyqu bundan öncə Qazaxıstana səfər edib. O, səfəri zamanı Şanxay Əməkdaşlıq Təşkilatının müdafiə nazirlərinin görüşünə qatılıb.

Son günlər Rusiya-Türkmənistan münasibətlərində soyuqluq müşahidə olunur. Aşqabad artıq "Qazprom"a qaz satışından imtina edib. Üstəlik, Türkmənistan Moskvanın və Orta Asiya ölkələrinin aktiv iştirakçı olduğu alyansların heç birində iştirak etmir.

Qərbin TAP layihəsini reallaşdırmaq üçün aktiv fəaliyyəti artıq Moskvanı narahat edib. ABŞ Azərbaycanla yanaşı, bu layihəyə Türkmənistanı da qoşmaq istəyir. Rəsmi Bakı da Aşqabadın prosesdə iştirak etməsində maraqlı görünür. Moskva isə Türkmənistandan Azərbaycana çəkiləcək Transxəzər kəmərinə qarşı kəskin mövqe nümayiş etdirir. Rəsmi Kreml bunu Xəzərdə ətraf-mühitin qorunmasına təhlükə yaradacağı ilə əlaqələndirir.

Tarix
2016.06.08 / 16:28
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla