Yuxarı

Çin Pakistanı seçdi, Modi Rusiyadan imtina etdi - Nə olacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin Pakistanı seçdi, Modi Rusiyadan imtina etdi - Nə olacaq?

Hindistan-Pakistan sərhədində gərginlik davam edir. İki nüvə dövlətinin qarşıdurması bölgədə gərginliyi artırıb. Beynəlxalq aləm yeni müharibə istəmir. Bəs iki dövlət arasında mövcud gərginliyi hansı dövlət və ya təşkilat azalda və ya vasitəçi rolunda çıxış edə bilər?

Axar.az xəbər verir ki, bu suala “Atlas” Araşdırmalar Mərkəzi aydınlıq gətirməyə çalışıb.

Bildirilib ki, Hindistan və Pakistan Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdürlər:

“Ancaq Yeni Dehli bu təşkilatın vasitəçiliyini qəbul etməyəcək. Çünki təşkilatın digər dövləti olan Çin Pakistanı dəstəkləyir. Digər üzv dövlət olan Rusiya isə ehtiyatlı mövqedən çıxış edib. Kreml sadəcə gərginliyin azalmasıyla bağlı bəyanat yayımlayıb.

Bu arada, Hindistanın Baş naziri Narendra Modinin Moskvada 9 May paradında iştirak etməyəcəyi açıqlanıb.

Belə vəziyyətdə yük yenə ABŞ-ın üzərinə düşəcək. Doğrudur, ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi və İran mövzusuyla məşğul olarkən üçüncü problemin həllinə vaxt ayırmaq istəmir. Ağ Ev sahibi sadəcə, Hindistan və Pakistan liderlərinin münaqişəni bu və ya digər şəkildə həll edə biləcəklərinə əmin olduğunu bildirib. “Pakistan və Hindistan arasında çoxlu gərginlik var, lakin bu, həmişə belə olub” – deyən Tramp bununla bu məsələ ilə məşğul olmaq istəmədıyinə eyham vurub.

Buna baxmayaraq, Vaşinqton iki nüvə dövləti arasında müharibə ehtimalının artmasına da seyrçi qala bilməz. Bu səbəbdən ABŞ Dövlət katibi Marko Rubio Hindistanın xarici işlər naziri Subramanyan Cayşankarla telefonla danışıb. Tərəflər regionda təhlükəsizlik məsələlərini və terrorizmlə mübarizədə əməkdaşlığı müzakirə ediblər. Rubio vurğulayıb ki, ABŞ Cənubi Asiyada təhlükəsizlik və sabitliyin təmin edilməsində Hindistanın etibarlı tərəfdaşı olaraq qalır. O, həmçinin Dehlini ölkələr arasında gərginliyi azaltmaq və regionda sülhü möhkəmləndirmək üçün Pakistanla əlaqə saxlamağa çağırıb.

Hindistanla Pakistan arasında gərginlik də göstərir ki, Donald Tramp bir çox dünyəvi məsələlərin həllindən uzaqlaşmağa çalışsa da, elə problemlər var ki, orada Vaşinqtonun vasitəçiliyinə ehtiyac duyurlar. Çin və Rusiya nə qədər çoxqütblü dünyanın formalaşmasına çalışsa da, hazırda Hindistanla Pakistan arasında gərginliyi azaltmaq imkanına malik deyillər”.

Tarix
2025.05.01 / 16:24
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT

Ölkədə dörd günlük tətil başladı

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı

Azərbaycanda Zəfər Günü qeyd olunur

Rusiya Bakıya təklif edib ki, 10-na keçən gecə… – İlk dəfə açıqlandı

Zəfər Günü parad saat neçədə başlayacaq?

Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu

Paşinyan bunu dedikdən sonra Əliyev tapşırıq verdi ki...

Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı

Bu tarixdə torpaq hərracları keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla