Yuxarı

Hindistan-Pakistan münaqişəsi: dünya cəhənnəmə dönəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hindistan-Pakistan münaqişəsi: dünya cəhənnəmə dönəcək

Rusiyalı politoloq Yevgeni Mixaylovun Axar.az-a müsahibəsi:

- Pakistan və Hindistan arasında münaqişə son günlər yenidən alovlanıb. Sizcə, müharibə mümkündürmü və bundan sonra nələr baş verəcək?

- Düşünürəm ki, genişmiqyaslı müharibə olmayacaq. Nəzərə alsaq ki, Hindistan və Pakistan arasında münaqişəli vəziyyət 1971-ci ildən davam edir. Burada hər şey İran və İsrailin timsalında və oxşarında olacaq: zərbələr mübadiləsi və sonra bəzi proksi hərəkətlər. Pakistan və Hindistanın nüvə imkanlarını nəzərə alsaq, tammiqyaslı müharibə olmayacaq. Onlar sadəcə zərbələr mübadiləsi aparacaq, bu qədər.

- Yaxın Şərq və Ukraynadakı münaqişələr fonunda dünya gücləri buna necə reaksiya verəcək?

- Böyük müharibə ancaq İsraillə İran arasında birbaşa münaqişə baş verərsə, başlaya bilər. Yenə də hindlilər və pakistanlılar daha ağıllıdır, hərbi əməliyyatlara həmişə çox diqqətlə yanaşıblar. İndi beynəlxalq ictimaiyyət bu ölkələri sakitləşdirməyə çalışacaq, çünki dünyada kifayət qədər gərginlik var. Bu münaqişə də alovlansa, bütün dünya cəhənnəmə dönəcək. Çünki Pakistanın bildiyimə görə, 200 milyondan çox əhalisi var, amma Hindistanın bir milyarddan çox. Belə bir qarışıqlıq hazırda beynəlxalq səhnədəki əsas oyunçuların heç birinə sərfəli deyil.

- Genişmiqyaslı müharibə olarsa, hansı dövlətlər qoşula bilər və kim kimə dəstək verəcək?

- Hərbi əməliyyatlar başlasa, heç bir dünya dövləti qarşıdurmaya qoşulmayacaq. Pakistan və Hindistan arasında hərbi əməliyyat baş verərsə, güclər öz təhlükəsizliklərində maraqlı olacaq. Çünki iki böyük ölkə qlobal iqtisadiyyata böyük ziyan vura bilər. Bu aspektdə, xüsusən də Yaxın Şərqdəki vəziyyəti nəzərə alıb, üçüncü ölkələrin iştirakına ehtimal vermirəm. İndi hər kəs öz işini görəcək və öz maraqlarını düşünəcək. Bəlkə də ancaq pərdə arxasında İngiltərə və Türkiyə Pakistanı dəstəkləyəcək. Türkiyənin münaqişəyə birbaşa qarışması ehtimalı azdır. Amerikalılar və onların müttəfiqləri Hindistanı dəstəkləyəcək. Çətin ki, hər hansı bir ölkə münaqişə tərəflərini dəstəkləməkdə birbaşa iştirak etsin. O vəziyyət, o vaxt deyil. İndi bütün dünya alovlanıb və hamı Üçüncü Dünya müharibəsindən qorxur. Bu müharibə artıq gedir, lakin Hindistan və Pakistan arasında münaqişə alovlanarsa, o zaman bütün regionda prinsipcə böyük itkilər qaçılmaz olardı.

Tarix
2025.05.07 / 14:28
Müəllif
Zeynəb, Ruslan
Digər xəbərlər

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla