Yuxarı

To Lamın xanımı İçərişəhərdə... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li mayın 8-də dünya mədəni irs abidələri sırasında yer alan İçərişəhərlə tanış olub.

Axar.az xəbər verir ki, qonağın İçərişəhərdə gəzintisi tarixi memarlıq abidəsi olan Qız qalası ilə tanışlıqdan başlayıb. Xanım No Fon Li qala divarlarının inşasının tarixi barədə məlumatlandırılıb.

Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.

Qız qalasının içərisinə daxil olan qonağa abidənin daxili strukturu, keçmişdəki funksiyası və arxeoloji tapıntılar barədə ətraflı məlumat təqdim edilib.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq qonaqda böyük maraq doğurub.

Gəzinti zamanı Baş katibin xanımına UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

Qonaq İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində yaradılan “Dastan” brendi ilə də tanış olub. Ona bu brendin milli irsimizin qorunması və təşviqi istiqamətində həyata keçirilən layihələr, eləcə də təqdim olunan əl işləri və sənət nümunələri barədə ətraflı məlumat verilib.

Burada Baş katibin xanımına xatirə hədiyyəsi olaraq Xarıbülbül döş nişanı və Qarabağ xalçası ornamentləri ilə bəzədilmiş suvenir qab hədiyyə olunub.

Gəzinti zamanı qonağa Yeraltı hamam barədə məlumat verilib. Qeyd olunub ki, XVII əsrin əvvəllərinə aid olan bu tarixi-memarlıq abidəsi İçərişəhərin cənub-şərq hissəsində yerləşir. Guşə daşlarından inşa edilən hamam memarlıq üslubu və özünəməxsus xüsusiyyətləri ilə həmin dövrün şəhər hamamı ənənələrini əks etdirir.

İçərişəhərdə gəzinti zamanı xanım No Fon Li isti təndir çörəyinə qonaq edilib.

Gəzinti zamanı Baş katibin xanımı orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan “Şirvanşahlar Sarayı Kompleksi” ilə də tanış olub. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

İçərişəhərlə tanışlıq xanım No Fon Lidə xoş təəssürat yaradıb.

Tarix
2025.05.08 / 11:16
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın Zəngəzur dəhlizinə qarşı yeni planı

Milli Məclisin xüsusi iclası: sənədli film nümayiş etdirildi

Bakı-Moskva aviareysləri təxirə salındı - Rəsmi

Hindlilər Azərbaycan üçün boykot çağırışı etdilər - Foto

Vaxtilə Heydər Əliyevə müxalif idik, sonra dərk etdik ki...

Azərbaycan-Vyetnam əməkdaşlığı illərin sınağından keçib

To Lam Şəhidlər xiyabanını ziyarət etdi

Bayramov Vyetnamın XİN başçısı ilə görüşdü

To Lamın Azərbaycan səfərindən maraqlı görüntülər - Video

Aeroportda gömrük yoxlamaları: İnsanlar nədən narazıdır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla