Yuxarı

Bayramov Vyetnamın XİN başçısı ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

8 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Vyetnam Sosialist Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Bui Tan Son ilə görüşüb.

XİN-dən Axar.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri, ikitərəfli və çoxtərəfli əməkdaşlığın gələcəyi, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Ölkələrimiz arasında qarşılıqlı səfər və təmasların, xüsusilə Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfərinin, habelə sözügedən səfər çərçivəsində Azərbaycan ilə Vyetnam arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın qəbul edilməsinin əməkdaşlıq gündəliyimizdə müstəsna əhəmiyyəti vurğulanıb.

İqtisadiyyat, ticarət, müdafiə sənayesi, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiyalar, humanitar sahələr üzrə əməkdaşlığın geniş perspektivlərinin mövcudluğu qeyd edilib, bu imkanlardan istifadənin stimullaşdırılması üçün bir sıra mexanizmlər, o cümlədən siyasi məsləhətləşmələr, habelə Hökumətlərarası Komissiya kimi platformalardan istifadənin zəruriliyi qeyd edilib.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı dəstək və həmrəyliyin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2025.05.08 / 11:11
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın Zəngəzur dəhlizinə qarşı yeni planı

Milli Məclisin xüsusi iclası: sənədli film nümayiş etdirildi

Bakı-Moskva aviareysləri təxirə salındı - Rəsmi

Hindlilər Azərbaycan üçün boykot çağırışı etdilər - Foto

Vaxtilə Heydər Əliyevə müxalif idik, sonra dərk etdik ki...

Azərbaycan-Vyetnam əməkdaşlığı illərin sınağından keçib

To Lam Şəhidlər xiyabanını ziyarət etdi

To Lamın xanımı İçərişəhərdə... - Foto

To Lamın Azərbaycan səfərindən maraqlı görüntülər - Video

Aeroportda gömrük yoxlamaları: İnsanlar nədən narazıdır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla