Yuxarı

Bu, İlham Əliyevin yüksələn nüfuzunun göstəricisidir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti İlham Əliyevin Albaniyada keçirilən Avropa Siyasi Birliyi sammitində iştirakı ölkəmizin çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursunun daha bir uğurudur. Bu iştirak Azərbaycanın Avropa qitəsində dialoq və əməkdaşlığa verdiyi önəmi və təşəbbüskar mövqeyini bir daha nümayiş etdirir.

Axar.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.

Deputat bildirib ki, ölkəmiz 2022-ci ildə Praqada keçirilən ilk toplantıdan etibarən Avropa Siyasi Birliyinin sammitlərində fəal iştirak edir:

"Bu isə Azərbaycanın qarşılıqlı siyasi fəaliyyət və regional inteqrasiya üçün yeni platformalarda maraqlı tərəf olduğunu göstərir. Məhz Praqada keçirilən Avropa Siyasi Birliyinin sammiti Prezident İlham Əliyevin uzaqgörən xarici siyasətinin bariz nümunəsi kimi tarixə düşdü, Azərbaycanın suverenlik və ərazi bütövlüyü uğrunda diplomatik mübarizəsində dönüş nöqtəsi oldu. 2022-ci ilin oktyabrında keçirilən Praqa sammiti, Avropa Siyasi Birliyi çərçivəsində ilk toplantı olmaqla yanaşı, Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən mühüm bir hadisəyə çevrildi".

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısında iştirakı Azərbaycanın Avropa Birliyi və Avropa ölkələri ilə əlaqələrinin davamlı inkişafının növbəti aydın təzahürü oldu:

"Bu səfər yalnız diplomatik protokol çərçivəsində deyil, həm də Azərbaycanın regiondakı və qlobal miqyasda artan rolunun nümayişi baxımından mühüm əhəmiyyət daşıyır!.

Samir Vəliyev xatırladıb ki, bir neçə il öncə AB və Azərbaycan arasında münasibətlərdə müəyyən gərginlik yaşanmış, əvvəlki administrasiyaların qeyri-obyektiv yanaşmaları tərəflər arasında inamsızlıq yaratmışdı:

"Lakin Azərbaycan tərəfinin prinsipial və qətiyyətli mövqeyi nəticəsində bu yanlış yanaşmalar aradan qaldırıldı və münasibətlər sağlam əsaslar üzərində yenidən quruldu. Bu gün AB-nin Azərbaycanla əməkdaşlığa verdiyi önəm Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasın səfəri, AB Şurasının prezidenti Koştanın Prezident İlham Əliyevlə telefon danışıqları və Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Prezidentlə görüşdə iştirakı kimi faktlarla təsdiq olunur".

Deputat deyib ki, Sammit çərçivəsində Prezident İlham Əliyevin Avropa ölkələrinin liderləri ilə keçirdiyi çoxsaylı ikitərəfli görüşlər Azərbaycanın Avropa siyasi dairələri üçün nə qədər əhəmiyyətli tərəfdaş olduğunu bir daha sübut etdi:

"Bu maraq təkcə enerji təhlükəsizliyi ilə məhdudlaşmır - söhbət Azərbaycanın geosiyasi mövqeyi, nəqliyyat-logistika imkanları və sabitlik gətirən xarici siyasət kursundan gedir. Azərbaycan bu gün regional deyil, qlobal səviyyədə problemlərin həllində aktiv və məsuliyyətli aktor kimi çıxış edir. Dövlətimizin başçısının AB Şurasının və Avropa Komissiyasının rəhbərləri ilə görüşü də bunu təsdiqləyir".

Millət vəkili hesab edir ki, Azərbaycanın sammitdə təmsil olunması dövlətimizin və liderimizin beynəlxalq müstəvidə davamlı olaraq yüksələn nüfuzunun göstəricisidir.

Tarix
2025.05.17 / 14:57
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Norveçi təbrik etdi

İrəvan və Bakı arasında sülh müqaviləsi... – Arakçı

Ədalət Partiyasının yeni sədri o seçildi

İlham Əliyev qazaxıstanlı həmkarına zəng etdi

Yeniyetmə bu “stili” ilə “məni sevin” deyirsə… - Psixoloq

Bakı bunu tələb edir – Putin Paşinyana ona görə qəzəbləndi

Bakıda Türkiyə rəsmiləri ilə görüşən İsrail generalı kimdir?

Ərdoğan Azərbaycanla bağlı 3 sazişi təsdiqlədi

Bu fotoya baxın: Bu qədər lider toplanıb, ona zəng edir ki…

Xələf Xələfov Murat Nurtelu ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla