Yuxarı

ABŞ niyə Ermənistanla müharibə riskini gündəmə gətirdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində sualları cavablandırarkən, Azərbaycan və Ermənistan arasında “real münaqişə təhlükəsi”nin olduğunu deyib. Trampın Ağ Evə qayıdışından sonra Cənubi Qafqazı diqqətdən kənarda qoyan Vaşinqtonun bu yanaşması diqqətçəkən məqamdır və məqsədin nə olduğuna dair sualları ön plana çıxarır.

Rubio bu sözləri konqresmen Kristofer Smitin sualını cavablandırarkən dilə gətirdi. Ermənipərəst mövqeyi ilə məşhur olan Smitin məqsədi ABŞ-ın yeni administrasiyasının diqqətini bölgəyə Ermənistanın maraqları kontekstində çəkmək idi. Onun Azərbaycanın ermənilərə qarşı “etnik təmizləmə” həyata keçirdiyi iddiasını irəli sürməsi, eyni zamanda, “məhbuslar və insan haqları” məsələsi üzərindən Vaşinqtonu Bakıya təzyiqə sövq etmək cəhdi də buna hesablanmışdı. Rubio sualı diplomatik çərçivədə cavablandırdı. Bildirdi ki, “bir çox hallarda ideal olmayan ölkələrlə qarşılaşırıq, lakin belə ölkələrlə milli maraqlarımız əsasında münasibət qurmalı, milli maraqlarımızla diplomatiya arasında tarazlıq qurmalıyıq”. Trampın baş diplomatı bununla ABŞ-ın xarici siyasətinə erməni maraqları kontekstində yanaşan lobbiçilərə sələflərinin səhvlərini təkrarlamayacaqları mesajını verdi. Rubionun “Azərbaycan və Ermənistan arasında real münaqişə təhlükəsi var və biz bunun qarşısını almağa çalışırıq” sözləri Konqresə “regionda prioritet məsələnin sabitliyin əldə edilməsi” olduğunu və “administrasiya olaraq bu istiqamətdə işlədiklərini” çatdırmaq məqsədi kimi görünür.

Hərçənd, “real münaqişə təhlükəsindən” bəhs edən ABŞ-ın hədəfləri arasında “bu təhlükənin qarşısını almaq” adı ilə Azərbaycan-Ermənistan danışıqlar prosesinə müdaxilə etmək olduğu da istisna edilməməlidir. Vaşinqtonun burada iki mümkün gedişi görünür:

1. Regionun gələcəyini müəyyənləşdirəcək Azərbaycan-Ermənistan danışıqlarından kənarda qalmamaq;

2. “Dünyada münaqişələrə son qoymaq missiyası”na iddia edən Tramp administrasiyası Bakı-İrəvan xəttində əldə olunan razılaşmadan “pay almaq” və öz aktivinə daha bir “uğurlu nəticəni” yazmaq;

Azərbaycan-Ermənistan arasında “real münaqişə” risklərinin azalmasına baxmayaraq, Rubionun belə bir riskdən bəhs etməsi ABŞ-ın “təhlükənin aradan qaldırılması” adı ilə prosesə qoşulmaq cəhdlərinə dair gözləntilər yaradır. İstisna deyil ki, növbəti addım ABŞ dövlət katibinin Bakı və İrəvana zəngindən ibarət olacaq.

Tarix
2025.05.22 / 09:30
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Səlcuq Bayraqdar yenə rekord qırdı

17 maddəlik sülh sazişinin əsas elementi budur…

Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...

Bayramov ispaniyalı həmkarı ilə danışdı

Bayramov kiprli həmkarı ilə danışdı: Buna hazırıq!

Azərbaycan Rusiyadakı bu müsabiqəyə qatılmayacaq

Pekin və Dehli ABŞ-a qarşı birləşir: Ağ Ev bundan imtina edəcək

Stiven Dauti Azərbaycana gələcək

Onlar bizim Prezidentimizdən çox şey öyrənməlidir - Deputat

Trampdan Azərbaycan açıqlaması: Bunu həll etdim!

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla