Yuxarı

İlham Əliyevin İrəvana səfəri üçün... - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fikrimcə, Baş nazir Nikol Paşinyan Avropa Siyasi Birliyinin gələn ilin yazında İrəvandakı sammitinə qədər Prezident İlham Əliyevlə sülh sazişini imzalamağı arzulayır. Bununla Paşinyan iki məqsəd güdə bilər: Birincisi, sülh sazişi Avropa liderlərinin İrəvandakı toplantısına qədər imzalanarsa, Paşinyan parlament seçkisi öncəsi reytinqini gücləndirmiş olacaq. Bu onun üçün həyati əhəmiyyətlidir. İkincisi, Azərbaycanla sülh sazişi zirvə toplantısına qədər imzalanarsa, Prezident İlham Əliyevin İrəvandakı toplantıda iştirakına heç nə mane olmayacaq. İlham Əliyevin İrəvandakı tədbirdə iştirakı AB üçün arzuolunandır. Bu səbəbdən Nikol Paşinyan da İlham Əliyevin İrəvandakı tədbirdə iştirakını istəyir. İlham Əliyevin İrəvandakı tədbirdə iştirakı öz növbəsində Nikol Paşinyanın da Avropa Siyasi Birliyinin Bakıdakı tədbirində iştirakına yolunu açacaq.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

“Buna baxmayaraq, Paşinyanın istəyinin reallaşması, yəni Azərbaycanla sülh sazişinin Avropa Siyasi Birliyinin İrəvandakı toplantısına qədər imzalanması üçün Ermənistan Konstitusiyası bu il ərzində dəyişdirilməlidir. Paşinyan mayın 26-da “İrəvan dialoqu - 2025” ikinci beynəlxalq forumu zamanı buna eyham vurub: “Əgər Konstitusiya Məhkəməsi sülh sazişini təsdiq etməsə, Konstitusiya dəyişikliyi ilə bağlı təşəbbüslə özüm çıxış edəcəm. Sülh sazişini imzalamaq imkanını əldən verməməliyik”. Paşinyanın cümləsinin birinci hissəsində konkret olaraq Konstitusiyanın sülh sazişinə qədər dəyişəcəyi söylənmir. Ancaq cümlənin ikinci hissəsində sülh sazişinin qısa müddətdə imzalamaq üçün əsas maneənin ortadan qaldırılmasına işarə var. Paşinyan sülh sazişi imzalanan gün Minsk Qrupunun buraxılması məqsədilə Azərbaycanla birgə ATƏT-ə müraciət edəcəyini də söyləyib. Paşinyanın bu açıqlamalarının arxasında onun mayın 16-da Avropa Siyasi Birliyinin Tiranadakı toplantısında İlham Əliyevlə müzakirəsinin də təsiri olub.

İndi qalır, bu deyilənləri reallaşdırmaq. Paşinyan sülh sazişini Avropa Siyasi Birliyinin İrəvandakı toplantısına qədər imzalamaq istəyirsə, sürətini artırmalı, il ərzində Konstitusiyaya ya referendum yolu ilə, ya da parlamentdə əncam çəkməlidir”, - politoloq vurğulayıb.

Tarix
2025.05.26 / 12:43
Müəllif
Axar.az
Digər xəbərlər

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Liderlər Şuşada - Fotolar

Əliyevlə Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidində - Foto

Yermak: Tramp yalnız bununla müharibəni bitirə bilər

Əliyevlə Berdiməhəmmədov Daşaltı kəndinin fonunda... - Foto

Mironovdan Azərbaycan bayrağı ilə bağlı açıqlama

Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - Foto

Berdiməhəmmədov Füzuliyə getdi, Əliyev qarşıladı - Foto

Azərbaycan XİN İraqa başsağlığı verdi

Azərbaycanlı MMA döyüşçüsü Rusiyadan deport edilir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla