Yuxarı

Azərbaycanda atalara ödənişli məzuniyyət verilməsi… - Şəfiyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atalara ödənişli məzuniyyət verilməsi ədalətli və ailədaxili razılaşma baxımından faydalı yanaşmadır. Amma ənənəvi kişi mərkəzli cəmiyyətimizdə bu hüquqdan geniş istifadə olunacağı hələ ki, real görünmür.

Bu fikirləri Axar.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev atalara 14 günlük ödənişli məzuniyyət hüququnun qanunvericiliyə təklif edilməsi məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, əvvəllər bu cür məzuniyyət yalnız analara şamil olunurdu, lakin qanuna ediləcək dəyişikliklərlə bu hüququ ataların da qazanması nəzərdə tutulur:

"Əgər ailədə elə bir razılaşma varsa ki, ana işləməyə davam etsin, ata isə məzuniyyətə çıxsın, bu halda ataya da ödənişli məzuniyyətin verilməsi tam ədalətlidir. Bu, həm də uşağın böyüməsində atanın daha fəal iştirakı baxımından müsbət addımdır".

Bununla belə, sosioloq hesab edir ki, mövcud ənənəvi dəyərlər sistemi bu dəyişikliklərin geniş tətbiqini məhdudlaşdıra bilər:

"Bizim cəmiyyət kişi mərkəzlidir. Əmək bölgüsü də belə formalaşıb: kişilər daha çox çöl işi ilə, qadınlar isə ev və uşaq baxımı ilə məşğul olur. Uşağa qulluq məsələsində isə ana emosional və fiziki baxımdan daha uyğun tərəf sayılır".

Üzeyir Şəfiyev əlavə edib ki, Avropa təcrübəsində belə hallarda ataların ödənişli məzuniyyətə çıxması artıq geniş yayılıb, lakin Azərbaycanda bu praktikanın yaxın dövrdə geniş tətbiq olunacağı gözlənilmir:

"Baxmayaraq ki, bu, hüquq qanunvericilikdə tanınacaq, real həyatda bundan istifadə edən kişi sayı çox az olacaq. Amma elə situasiyalar da var ki, orada məhz atanın məzuniyyətə çıxması vacib olur. Bu baxımdan qanunvericiliyin bu cür dəyişməsi müsbət və məntiqli addımdır".

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il hesabatında bu təklif yer alıb və artıq Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılıb.

Tarix
2025.05.27 / 08:30
Müəllif
Nihat Tahirov
Digər xəbərlər

İlham Əliyevdən 28 Mayla bağlı paylaşım - Foto

Bu gün Azərbaycanın Müstəqillik Günüdür

Akopyanın Simonyana Qarabağ “cavabı” – Bakı haqlı çıxdı!

Simonyan açıqladı: Yaxın zamanda sülh sazişi ilə bağlı...

Ərdoğan və Şərifin Laçına gəlişi İrəvanda isterika yaratdı

Laçında İlham Əliyevin Şəriflə məhdud tərkibdə görüşü keçirildi

3 lider niyə 28 Mayda və niyə Laçında? – Mühüm mesaj

“Erməni soyqırımı” ilə bağlı şok etiraf: Həqiqət budur! - Video

Əliyev bu xahişi yerinə yetirdi - Kallas alqışladı

Kobaxidze İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla