Yuxarı

Ərdoğan və Şərifin Laçına səfəri strateji mesajdır – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düşünürəm ki, bu, kifayət qədər maraqlı və əhəmiyyətli siyasi gedişdir. Çünki sabah Azərbaycanın Müstəqillik Günü qeyd olunur. Belə bir gündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Şahbaz Şərifin ölkəmizdə olması olduqca müsbət və rəmzi xarakter daşıyan hadisədir. Bu, əslində hər iki ölkənin Azərbaycanın yanında olduğunu və ona tam dəstək verdiyini göstərir.

Bu fikirləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev Pakistan və Türkiyə rəhbərlərinin Azərbaycana səfərini şərh edərkən bildirib.

“Müstəqillik Günü kimi həssas bir tarixdə xarici ölkə rəhbərlərinin səfəri, adətən, strateji müttəfiqliyin göstəricisi kimi qiymətləndirilir. Bu baxımdan, Pakistan və Türkiyə liderlərinin Azərbaycana səfəri ölkəmizin müstəqilliyinə və dövlətçiliyinə hörmət və dəstəyin bariz nümunəsidir. Laçına səfər açıq şəkildə mesaj xarakteri daşıyır. Bu səfərlə faktiki olaraq “Qarabağ Azərbaycandır!” mesajı verilir və bunun mübahisəyə açıq olmadığı bildirilir. Bu, həm Ermənistana, həm də onun havadarlarına ünvanlanan mesajdır ki, artıq Qarabağ və Laçın məsələsi beynəlxalq gündəmdə müzakirə mövzusu ola bilməz. Hazırda bəzi ölkələr “boz zona”ların yenidən gündəmə gətirilməsi, ermənilərin Qarabağa qayıdışı və ya hansısa status məsələsinin bərpasına çalışır. Lakin bu səfərlə həmin cəhdlərin üstündən qəti şəkildə xətt çəkilir”, - politoloq bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Müstəqillik Günündə Türkiyə və Pakistan rəhbərlərinin ölkəyə səfər etdiyi bir vaxtda Ermənistanın Müstəqillik Günündə İran Prezidenti Məsud Pezeşkianın oraya getməsi də diqqət çəkir:

“Bu fakt bir daha sübut edir ki, Türkiyə və Pakistan bölgədə bu konflikt çərçivəsində Azərbaycanı strateji tərəfdaş kimi görür və bunu rəsmi səfərlə nümayiş etdirir. İran prezidentinin İrəvana səfəri, verdiyi açıqlamalar və imzalanmış sənədlərə nəzərən səfərin mahiyyəti haqqında nəsə demək mümkün olacaq: bu səfər sıradan, yoxsa simvolik və ya strateji xarakter daşıyır? Zaman göstərəcək. Azərbaycanın Müstəqillik Gününə təsadüf edən bu səfərlə müqayisədə onun hansı mahiyyət daşıdığı daha aydın görünəcək”.

Tarix
2025.05.28 / 09:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Azərbaycanda Ermənistan malları satılacaq - Simonyan

Ərdoğanla Şahbaz Şərifin bu tədbirdə iştirakı... - Deputat

Ərdoğandan Zəngəzur açıqlaması: İstərdik ki, İran…

Bayramov Qətərin dövlət naziri ilə görüşdü

Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı

İlham Əliyev Trampın məktubundan danışdı

İlham Əliyev BƏƏ-nin iş adamlarını qəbul etdi

Prezident Stiv Deynsi qəbul etdi

Zəngəzurda konsulluq: İrəvan Moskvaya rədd cavabı verdi

Ermənistanın yaydığı bu məlumat yalandır - MN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla