Yuxarı

Prezidentlərin görüşü: Müharibə, yaxud sülh?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentlərin görüşü: Müharibə, yaxud sülh?

Azərbaycan və Ermənistan prezidentləri iyunun 20-də Sankt-Peterburqda bu il ikinci dəfə görüşəcək.

Axar.az xəbər verir ki, "Vestnik Kavkaz" bu görüşdən gözləntiləri barədə politoloqlar rusiyalı Sergey Markov, azərbaycanlı Rasim Musabəyov və erməni Aleksandr İsgəndəryana üz tutub.

Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov "Kazan formulu" üzrə danışıqların davam etməsini gözlədiyini bildirib:

"Aydındır ki, "Kazan formulu" üzrə sülh razılaşmasının imzalanması müzakirə olunacaq. Danışıqlar predmeti bəllidir. Lakin tərəflər bununla razılaşacaqmı? "Kazan formulu" üzrə sülh sazişinin imzalanması münaqişənin həllində tarixi irəliləyiş olacaq. Lakin əgər Peterburqda sənəd imzalanmazsa, tərəflər əsas məsələlərdə razılaşa bilər. Çünki Rusiya hər iki tərəfə yaxşı təklif edib. Bu münaqişədə yalnız vasitəçi Rusiya ola bilər. Çünki ABŞ və Avropa Birliyinin vasitəçiliyi effekt verməz. Avropa Birliyi daxili problemlər, ABŞ isə seçkilərlə məşğuldur. Çətin ki, Azərbaycan və Ermənistan Suriya, Liviya, İraq, Əfqanıstan və Ukraynanın taleyini yaşamaq istəsin".

Mili Məclisini üzvü, politoloq Rasim Musabəyov isə Peterburq görüşünün nəticəsinin münaqişənin gələcək taleyini – sülh, yoxsa müharibəni müəyyən edəcəyini bildirib:

"Hər kəs müharibə ilə münaqişənin həll edilməyəcəyini deyir və sülh yollarının axtarılmasını istəyir. Lakin praktiki olaraq, heç bir əməli addım atılmır. Azərbaycanın tələbləri beynəlxalq hüquq normaları çərçivəsindədir. Ermənistan sülh istəyirsə, öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalıdır".

Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan isə görüşdən müsbət nəticələr gözlədiyini bildirib:

"Görüş faktının, xüsusilə birbaşa, üzbəüz olmasının özü belə önəmlidir. Əgər tərəflər görüş zamanı əməkdaşlığa hazır olduqlarını bildirsələr, bu, daha da yaxşı olacaq. Belə desək, bu görüş münaqişə tərəfləri arasında qarşılıqlı əlaqə prosesini bərpa edə bilər. Bu görüşdən münaqişənin həlli ilə bağlı real gözləntilərim yoxdur. Konkret dəyişiklərlə bağlı hər hansı bir şey proqnozlaşdırmaq mümkün deyil".

Tarix
2016.06.16 / 12:43
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Maduronu ən yaxın adamı satıb - Məxfi sövdələşmə

Zakir Həsənov Markveyn Mallinlə görüşdü

Hikmət Hacıyevin bu sözü erməni politoloqu isterikaya saldı

Gürcüstan Qırmızı Körpüdə rüsumsuz ticarətə icazə verdi

Türkiyə və Azərbaycan arasında mühüm saziş imzalandı

Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi...

Trampın həll etdiyi yeganə münaqişə budur - Knaysl

Rus işğalına səs verən Venesuala “haqqını” aldı: Sırada bu ölkədir!

İranda etirazlar: Xalq çürümüş molla rejimini istəmir - Detallar

Maduronu 3 saata götürən “Delta”: Bu gizli qrup nəyə qadirdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla