Yuxarı

Rusiya və Azərbaycan yeni mərhələyə başlayıb - Savelyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya və Azərbaycan yeni mərhələyə başlayıb - Savelyev

Ekspertlər getdikcə daha tez-tez Azərbaycanı Rusiyanın ən perspektivli iqtisadi tərəfdaşlarından biri adlandırırlar.

Axar.az xəbər verir ki, RF Dövlət Dumasının maliyyə bazarı komitəsi sədrinin müavini Dmitri Savelyev AzərTac-a müsahibəsində bu fikirlərin nayə əsaslandığı, habelə, Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının işi və Rusiya-Azərbaycan biznesinin planları barədə söhbət açıb.

- Son illər Rusiya ilə Azərbaycan bir-birinə çox yaxınlaşıb: rəsmi şəxslərin səfərləri, birgə layihələrin həyata keçirilməsi barədə bəyanatların sayı artıb. Sizcə buna səbəb nədir?

- Mən sualı başqa cür qurardım. Mən deyərdim ki, hazırda Rusiya ilə Azərbaycanın yaxınlaşmasında yeni mərhələ başlanıb. Ona görə ki, ölkələrimiz arasında həmişə çox sıx, konstruktiv, qarşılıqlı hörmətə əsaslanan münasibətlər olub. Azərbaycanda rusdilli təhsil tam həcmdə qorunub saxlanıb. Postsovet məkanında bununla fəxr edə biləcək respublika çox deyil. Bizim aramızda dil baryeri yoxdur. Bizim ortaq dəyərlərimiz, ortaq tarixi yaddaşımız var. Qarşımızda ortaq məsələlər, o cümlədən müxtəlif resurslarla zəngin olan Xəzəryanı ərazinin mənimsənilməsi məsələsi durur. Rusiya onilliklər boyu Azərbaycanın aparıcı ticari tərəfdaşı olaraq qalır. Azərbaycan Rusiya Federasiyasının 85 regionundan 72-si ilə sıx iqtisadi əlaqə saxlayır. Həm də bu əlaqələr nəinki dünən, hətta iki il əvvəl də yaranmayıb.

İndi bizim əməkdaşlığımız bütün istiqamətlər üzrə daha yüksək səviyyədədir. Bu, ilk növbədə iqtisadiyyata aiddir. Hazırda dünyada yaranmış iqtisadi vəziyyət, yəni enerji daşıyıcılarının ucuzlaşması, şaxələndirmə, qeyri-neft sektorlarının inkişafı kursunu davam etdirmək zərurəti həm Rusiyaya, həm də Azərbaycana ciddi təsir göstərir. Biz qonşu və tərəfdaş ölkələr kimi bir-birimiz üçün son dərəcə faydalı ola bilərik. Qeyd etmək lazımdır ki, son vaxtlar Rusiya-Azərbaycan əməkdaşlığı ilə bağlı çoxsaylı mühüm iqtisadi və siyasi hadisələr baş verir, ciddi bəyanatlar səslənir.

- Bu yaxınlarda Sankt-Peterburqda Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşündə iki ölkə arasında əmtəə dövriyyəsinin azalması məsələsi müzakirə edilib.

- Elədir, Sankt-Peterburq görüşü bir daha göstərdi ki, Rusiyanın Xəzəryanı qonşusu ilə münasibətləri çox vacibdir. Ölkələrimiz arasında əmtəə dövriyyəsinin keçən il təəssüf ki, azalması həmin görüşdə müzakirə edilən mövzulardan biri olub. Hərçənd, burada bir incə məqam var. 2014-cü ildə Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 4 milyard dollara çatmışdı. 2015-ci ildə maliyyə böhranı fonunda bu göstərici azalıb, lakin həmin ildə də qarşılıqlı malgöndərmələrin fiziki həcmi cəmi 5 faiz azalıb. Bu onu göstərir ki, Rusiya-Azərbaycan iqtisadi münasibətləri çox böyük möhkəmlik ehtiyatına və inanılmaz potensiala malikdir, onu inkişaf etdirmək lazımdır. Özü də məhz indi, maliyyə konyunkturunun neft sektoru üçün əlverişsiz, lakin kənd təsərrüfatından başlamış maşınqayırmaya qədər bütün digər sahələr üçün əlverişli olduğu vaxtda inkişaf etdirmək lazımdır.

- Rusiya hökuməti bu istiqamətdə hansı addımları atır?

- Ən əvvəl Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının işini qeyd etmək lazımdır. Bu Komissiyanın işinin nəticələri artıq belə inam yaradır ki, iqtisadi əməkdaşlığa dair bütün məsələlər – gömrüklə, investisiyalarla, vergi rejimləri ilə bağlı məsələlər çox operativ şəkildə həll ediləcək.

Azərbaycandan Rusiyaya göndərilən kənd təsərrüfatı məhsulları üçün "yaşıl dəhliz" yaradılması barədə razılıq əldə edilib. Bilirsinizmi, ərzaq embarqosu şəraitində ölkəmizə ekoloji, keyfiyyətli meyvə və tərəvəz göndərilməsi həyati əhəmiyyətli məsələdir və bu məsələnin həllində Azərbaycan bizim birinci köməkçimizdir. Hazırda bu sahədə göstəricilərimiz heç də pis deyil. Bir misal göstərim: keçən il Rusiyanın idxal etdiyi pomidorun ümumi həcminin yalnız bir faizi Azərbaycandan göndərilirdisə, indi bu göstərici 7,5 faizdir. Üstəlik, bu məhsulun qiyməti aşağı düşüb və zənnimcə, gələcəkdə satışın həcmi artdıqca qiymət bir qədər aşağı düşəcək.

Tarix
2016.06.22 / 19:34
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh sazişinə çox az qaldı - Vilson

Erməni diplomat: Bakı İrəvandan ərazi tələb edə bilər!

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla