Yuxarı

Şəhərlərimizin bombalanması əmrini İrəvanın verdiyi təsdiqləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhərlərimizin bombalanması əmrini İrəvanın verdiyi təsdiqləndi

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 23-də davam etdirilib.

Axar.az xəbər verir ki, məhkəmə iclasında təqsirləndirilən şəxs Araik Arutyunyan Gəncə şəhərinin bombalanması barədə əmr vermədiyini bildirib: “Elə bir səlahiyyətim olmayıb”.

O xatırladıb ki, qondarma rejimin “ordusu” Ermənistan Respublikası silahlı qüvvələrinin silahlı birləşməsidir:

“Müstəqil hərəkət etmək səlahiyyəti olmayıb. Həmin birləşmənin bizə tabe olmaq, bizim təlimatları həyata keçirmək hüququ yox idi”.

Arutyunyan, ümumiyyətlə, qondarma rejimin “ordusu”nun arsenalında dağıdıcı silahların (“Smerç”, Toçka U” və sair – red.) olmadığını da deyib: “Hansı bölmələrin və konkret kimin əli ilə həyata keçirilməsi barədə məlumatım olmayıb. Neft kəmərlərinin bombalanması haqqında isə mən burada eşitmişəm”.

Tarix
2025.06.23 / 22:16
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla