Yuxarı

Bu, Azərbaycana şöhrət gətirdi - ABŞ mediası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Azərbaycana şöhrət gətirdi - ABŞ mediası

Amerikanın "Foreign Policy News" analitik portalı "Azərbaycan Avropa Qran-prisi keçirdi" sərlövhəli məqalə dərc edib. Məqalə iyunun 17-dən 19-dək Bakıda keçirilmiş Formula-1 üzrə dünya çempionatının Avropa mərhələsinə həsr edilib.

Axar.az xəbər verir ki, məqalədə bildirilir: Yürüşün qalibi almaniyalı Niko Rosberq olub. Daha sonra "Bakı Şəhər Halqası" yürüş trası haqqında məlumat verilir. Müəllif yazır ki, tras təkcə Bakı bulvarı boyunca deyil, həm də UNESCO-nun Dünya İrsi Siyahısına salınmış İçərişəhərin qala divarlarının yanından keçib. Son bir neçə ildə Bakı Qərb və Şərq dəyərlərinin qovuşduğu məkan imicini möhkəmlədib. Hökumət orqanları qədim binaların bərpası ilə yanaşı, şəhərin memarlığının müasirləşməsinə də sərmayə yatırır. Azərbaycan Xalça Muzeyi və Heydər Əliyev Mərkəzinin binaları, habelə "Alov qüllələri" kompleksi müasir memarlığın bənzərsiz nümunələrindəndir. Bakıda "Avroviziya-2012" mahnı müsabiqəsinin və ilk Avropa Oyunlarının keçirilməsi də məqalədə qeyd edilib.

Müəllif yazır ki, Formula-1 Avropa Qran-prisi Azərbaycana şöhrət gətirən növbəti tədbirdir. Təxminən 550 milyon tamaşaçı Bakıda yürüşü izləyib ki, bu da öz növbəsində şəhərə diqqəti, xüsusilə Avropanın coğrafi hüdudlarından kənarda səyahət üçün yeni marşrutlar axtaran turistləri cəlb edir.

Məqalənin sonunda yazılıb: "Avropa Qran-prisi yürüşləri Avrasiya tarixinin, müasir memarlığın və təmtəraqlı idman yarışının bir araya gəlməsidir".

Tarix
2016.06.24 / 01:11
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla