Yuxarı

Azərbaycanlılara hücum: Bakıya lazımi məlumat verilib - XİN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlılara hücum: Bakıya lazımi məlumat verilib - XİN

Yekaterinburqda azərbaycanlıların saxlanması ilə bağlı Bakıda mənfi reaksiyaya səbəb olan vəziyyət hazırda hüquq-mühafizə orqanlarının əməkdaşlarının nəzarətindədir.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Rusiyanın müvəqqəti işlər vəkili Pyotr Volokovıx Azərbaycan tərəfinə lazımi izahat verib və vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarətində olduğuna əmin ola bilərsiniz”, - Zaxarova bildirib.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb. Daha 9 nəfər isə saxlanılıb.

Məlumata görə, 3 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilib.

Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yayıb.

Tarix
2025.06.28 / 19:24
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla