Yuxarı

Biz bunu qazanc hesab edirik – Qabil Abbasoğlu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Biz bunu qazanc hesab edirik – Qabil Abbasoğlu

Bu gün ölkənin aparıcı informasiya agentliklərindən olan Lent.az-ın yaranmasından 8 il ötür.

Axar.az xəbər verir ki, "Lent.az" internet portalı 2008-ci il iyunun 25-də fəaliyyətə başlayıb. Saytda operativ xəbərlərlə yanaşı, araşdırmalar, reportajlar və müxtəlif mövzulardan bəhs edən maraqlı materiallar yayımlanır. Portal 8 il ərzində oxucularına 250 minə yaxın material təqdim edib.

"Lent.az" internet portalının Baş direktoru Qabil Abbasoğlu Axar.az-a bildirib ki, sayt yaranarkən belə böyük uğur qazanacaqlarını təxmin etməyiblər:

"Lent.az" 8 il bundan əvvəl fəaliyyətə başlayanda Azərbaycanda internet mediası yenicə təşəkkül tapırdı. Ölkədə anadilli internet resursu az idi. Biz Vüsalə xanımla (Vüsalə Mahirqızı, APA holdinqin baş direktoru – red.) bu məsələni müzakirə edəndə mediada olan bəzi yaxın dostlarımız deyirdilər ki, anadilli sayt oxunaqlı olmayacaq, yəni anadilli oxucular yalnız çap mediasına üstünlük verirlər. Amma bütün bunlara baxmayaraq, düşündük ki, oxucunun marağına uyğun, peşəkar şəkildə fəaliyyət göstərəndən sonra istənilən oxucuda internet mediasına maraq yaranar. Bizim bu təxminlərimiz doğru çıxdı. Sözün düzü, "Lent.az" fəaliyyətə başlayanda elə də böyük hədəflərimiz yox idi. Ancaq indi "Lent.az"ın sadiq və sabit oxucu kütləsi var. Özü də bu, çox ciddi rəqəmdir. Oxucu ilə "Lent.az"ın arasında bir əlaqə var. Biz bunu da qazanc hesab edirik. Çalışırıq ki, oxucularımızın maraqlarına uyğun xidmət edək. Bizi izləyən bütün oxucularımıza təşəkkürümü bildirirəm.

Bir neçə il əvvəl "Lent.az"ın portala çevrilməsi və tərkibində başqa saytların fəaliyyət göstərməsi ilə bağlı planlarımız var idi. Şükür ki, o planların bir hissəsi həyata keçib və keçməkdə davam edir. Biz planlardan və hədəflərdən yayınmamışıq. Ən vacib məsələ ardıcıllığı qorumaq, səbirlə yola davam etməkdir".

Axar.az olaraq "Lent.az" ailəsini 8 yaş münasibəti ilə təbrik edirik.

Tarix
2016.06.25 / 15:18
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı - Əliyev

Azərbaycan və Türkiyə hərbçiləri arasında müzakirə...

İlham Əliyev Kaya Kallası qəbul etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Prezident bu sazişi təsdiqlədi

İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Ceyhun Bayramov Kaya Kallasla görüşdü

Ermənistandan Rusiyaya qarşı sensasion addım

AB və İrəvan arasında sazişin Bakı ilə bağlı bəndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla