Yuxarı

Sərkisyan özünü Qarabağ prosesinə hazırlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan başa düşür ki, gec-tez Qarabağ prosesi başlamalıdır.

Bunu Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, növbəti görüşə qədər rəsmi Bakı konkret addımlar ata bilər:

"Əslində, Qarabağ məsələsi üzrə görüşlər Madrid prinsipləri əsasında qurulur. Madrid prinsipləri isə özlüyündə mərhələli həll planı deməkdir. Yəni plana əsasən, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi prosesinə başlamalıdır və yalnız bundan sonra digər məsələlərlə bağlı danışıqlar davam etdirilə bilər. Görünür, hansısa incəliklərdən dolayı bu plan yenidən təxirə salınır. Aparıcı dövlətlər başa düşürlər ki, artıq münaqişə ilə bağlı müəyyən irəliləyişə ehtiyac var. Hər şey mərhələli həll prosesin başlamasından asılıdır. Növbəti görüşlərin arxasında müəyyən konkret nəticələr artıq labüddür. Ola bilsin, rəsmi Bakı yeni görüşə qədər konkret addımlar atsın. Ermənistan hər görüşdən sonra təşvişə düşür. Sərkisyanın Sankt-Peterburq görüşündən dərhal sonra Dağlıq Qarabağa gedərək separatçı rejimə dəstək verməsi sübut edir ki, ermənilər gec-tez prosesin başlayacağını bilirlər".

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik tezliklə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməyi planlaşdırdıqlarını açıqlayıb.

Tarix
2016.06.26 / 10:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında sülh olacağına inanırıq - ABŞ

Qeytdən çağırış: Bakı ilə iqtisadi inteqrasiyanı sürətləndirin

Ukrayna Bakı-İrəvan razılaşmasını alqışladı

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla