Yuxarı

Yekaterinburqda azərbaycanlılara qarşı işgəncə... - AB

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yekaterinburqda azərbaycanlılara qarşı işgəncə... - AB

Rusiya hakimiyyəti tərəfindən repressiyalar həm xarici, həm də daxili siyasətdə, o cümlədən etnik azlıqlara münasibətdə özünü göstərir.

Axar.az xəbər verir ki, bu barədə Report-a Avropa Birliyi (AB) rəsmi nümayəndəsi Anita Hipper bildirib.

Azərbaycanlıların vəhşicəsinə öldürülməsi və yaralanması ilə nəticələnən Yekaterinburq hadisələri və digər şəhərlərdə sonrakı reydlərlə bağlı suala cavab verən A.Hipper qeyd edib ki, Rusiya güc strukturları tərəfindən etnik azərbaycanlılara qarşı zorakılıq, işgəncə və qeyri-insani rəftar barədə məlumatlarla bağlı narahatlığı daha əvvəl AB-nin Azərbaycandakı səfiri Peter Mixalko ifadə edib.

Onun sözlərinə görə, bu, AB-nin rəsmi mövqeyi ilə tam üst-üstə düşür.

Xatırladaq ki, iyunun 27-də səhər Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Onlar iyulun 1-də Ağcabədidə dəfn olunublar.

Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də bəyanatla çıxış edərək, araşdırma aparılmasını və bu yolverilməz zorakılıq aktının günahkarlarının məsuliyyətə cəlb edilməsini tələb edib. Daha sonra XİN-ə Rusiyanın müvəqqəti işlər vəkili çağırılıb, ona baş verənlərlə bağlı kəskin etiraz bildirilib.

Tarix
2025.07.04 / 19:20
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla