Yuxarı

Səbinə Əliyevadan bu cavabı gözləyirəm - Moskalkova

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səbinə Əliyevadan bu cavabı gözləyirəm - Moskalkova

Azərbaycanda saxlanılan ruslara qarşı görülən tədbirlərin adekvat olub-olmaması ilə bağlı araşdırma aparılması üçün Moskvadan sorğu göndərilib. Lakin Bakı belə bir yoxlamanın nəticələri barədə məlumat verməyib.

Axar.az xəbər verir ki, bunu Rusiyanın ombudsmanı Tatyana Moskalkova deyib.

“Cavab aldım. Azərbaycanın ombudsmanı, həmkarım Səbinə Əliyevadan tez bir zamanda cavab gəldi ki, istintaqın aparılması və saxlanılan ruslara köməklik göstərilməsi ilə bağlı ərizəm ona çatıb. Amma hələ ki, yoxlamanın nəticəsi barədə mənə məlumat verilməyib”, - o bildirib.

Moskalkova vurğulayıb ki, Moskva Bakının Azərbaycanda saxlanılan ruslara qarşı “ədalətsiz sərtlikdən” əl çəkəcəyinə ümid edir:

“Vacibdir ki, vətəndaşlarımızın özlərinin seçdikləri vəkilləri olsun, həmçinin onlara konsulluq yardımı tam şəkildə göstərilsin. Ümid edirəm ki, Azərbaycandan olan həmkarımın bu məsələləri həll etmək imkanı olacaq və ədalətsiz, beynəlxalq hüquqa zidd hesab etdiyim həddindən artıq sərt tədbirlər tətbiq edilməyib, ədalətsizliklər, qanunsuzluqlar aradan qaldırılıb”.

Qeyd edək ki, Bakı “Sputnik Azərbaycan”ın nümayəndəliyinin ləğv edildiyini və sözügedən media qurumunun yalnız bir müxbir vasitəsilə fəaliyyət göstərəcəyini bəyan etmişdi. Lakin “Sputnik Azərbaycan” bu bəyanata məhəl qoymayıb fəaliyyətini davam etdirirdi. Bu səbəbdən də Azərbaycan hüquq-mühafizə orqanları sözügedən media orqanının ofisində əməliyyat keçirib, redaksiyanın direktoru İqor Kartavıx, əməkdaşı Yevgeni Belousov həbs edilib.

Tarix
2025.07.09 / 15:10
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla